Afişa

"Buta Palace"da əsrarəngiz Yeni İl şənliyi

Qarşıdan Yeni il yaxınlaşır və "Buta Palace"dan əla xəbərlər var. Belə ki, "Buta Palace"da uşaqlar üçün yanvarın 2-6 arası unudulmaz Yeni il şənliyi keçiriləcək.


AZƏRTAC xəbər verir ki, balacalar Cek Sərçə, Kapitan Amerika, Şahzadə Sofiya, Barboskina Roza, Leonardo Ninja Tısbağa və s. kimi tanınmış personaj və qəhrəmanların səhnəsinə şahid olacaq. Şənlikdə, həmçinin bol-bol maraqlı və müxtəlif viktorinalar, hədiyyələr də olacaq. Şənliyin cədvəli isə belədir: yanvarın 2-də saat 11:00 - 12:30, yanvarın 2-də saat 16:00 - 17:30, yanvarın 3-də saat 16:00 - 17:30, yanvarın 5-də saat 11:00 - 12:30, yanvarın 5-də saat 16:00 - 17:30, yanvarın 6-da saat 11:00 - 12:30, yanvarın 6-da saat 16:00 - 17:30-da. 


Qeyd edək ki, biletləri şəhərin bütün kassalarından, "28 Mall", "Ganjlik Mall" ticarət mərkəzlərindən, “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.