Xəbərlər

Masallıda şahmat üzrə rayon birinciliyində 70-dək idmançı mübarizə aparıb

Masallı rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi başa çatıb.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeddi gün davam edən yarışda 70-dək idmançı qələbə uğrunda mübarizə aparıb.

 

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Əlfağa Yaqubov və digərləri idmançıları Dövlət Bayragı Günü münasibətilə təbrik edərək onlara yeni qələbə sevincləri arzulayıblar.

 

Qaliblərə diplomlar və hədiyyələr verilib.