Təbiət

Dünyanın ən zəhərli tırtılı- Lonomia obliqua

Lonomia obliqua, yalnız Cənubi Amerikada yaşayan bir ipəkqurdu güvəsidir. Bu güvəni məşhur edən isə onun tırtıl olduğu dövrdür. Çünki bu dövrdə ağac budağına bənzəyən gözəl görünüşlü tırtılın tükləri ölümcül zəhərlidir. 

 

Dünyanın ən zəhərli tırtılı kimi qəbul edilən Lonomia obliqua tırtılının zəhəri hər il minlərlə insanın xəstəxanalara çatdırılması və ölümünə səbəb olur. Xüsusilə Braziliyanın cənub ərazilərində bir çox insan ölümünün səbəbkarı olan bu tırtılın zəhəri çoxsaylı tibbi tədqiqatların mövzusu olmuşdur. Lonomia obliqua ilk dəfə 1855- ci ildə Francis Volker tərəfindən qeydə alınıb.

 

Lonomia obliqua çox yaxşı kamuflyaj xüsusiyyətinə malikdir. Ağacların gövdəsində demək olar ki, görünmürlər. 4.5-5.5 sm uzunluğunda olurlar. İlkin araşdırmalar zamanı bu tırtılların zəhərli toksinlərinin bir insanı öldürə biləcəyi bilinmirdi. Ancaq bu tırtıl, Rio Grande do Sul adlı bir kənd icmasında meydana gələn epidemiyadan sonra beynəlxalq səviyyədə tanınmağa başladı. Bir çox xəstə eyni simptomlarla gəldiyi zaman həkimlər təccübblənmişdi. Qaralma və qançır olmuşa bənzər simptomlar bədənin hər tərəfinə yayılırdı. Nəticədə beyin üçün çox miqdarda qan axını baş verir və bir neçə hallarda ölümlə nəticələnirdi.


İlk başlarda səbəb bilinməsə də, xəstələrin hər biri sadəcə ağac yarpaqlarına toxunduğunu və ya bitki topladığı zaman bu vəziyyətə düşdüyünü söyləyirdi. Əraziyə baxış zamanı yalnız bir canlının- Lonomia obliqua tırtılının bu hadisələri törətdiyi məlum olmuşdur. Bədəninin hər yerini əhatə edən tükcüklər qurbanın dərisini asanca deşib, zəhərli toksinləri ora yerləşdirə bilir. Zəhər o qədər təsirlidir ki, tırtıla toxunduğunuz an əvvəl ağrı hiss edərsiniz, daha sonra isə toxunulan bölgə qaralır və qısa müddətdən sonra dözülməsi çətin olan ağrılar başlayır. Bu şiddətli ağrı günlərlə davam edir. Toksinlərin hər biri tırtılın belində yerləşən kisələrdə toplanır. Tikanlara toxunduqda insanın dərisini deşir, kisələrdəki zəhər içi boş tüklərin içinə, oradan da qurbanın yarasına axır. Tırtılın dərisindəki toksinlərin laxtalanma əleyhinə maddələrdən ibarət olduğu tapılıb. Toksinlərdəki laxtalanma əleyhinə maddələr insan hüceyrələri ilə təmas etdikdə qan durulur və onu laxtalandırmaq olmur. Durulmuş qan insanın iç orqanlarına dolur, qanla dolan bölgə qaralaraq qançır olur. Hətta beyinə dolan qan ölümə səbəb olur.