Görkəmli şəxsiyyətlər

Nikola Tesla: gələcəyin insanı

Nikola Tesla— müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısıdır.


Nikola Tesla 10 iyul 1856-cı ildə Avstriya İmperiyasının Smilyan kəndində (hal-hazırda Xorvatiya) Serb ailəsində dünyaya gəlib. Onun atası Milutin Tesla Ortodoks keşiş idi. Tesla beş uşaqdan dördüncüsü idi. 


1870-ci ildə Tesla təhsilini Ali Real Gimnaziyada davam etdirmək üçün Xorvatiyanın Karlovas şəhərinə köçür. Ona bu gimnaziyada riyaziyyat müəllimi Martin Sekuliç ciddi təsir edib. 1875-ci ildə Tesla Avstriyanın Qras şəhərində Hərbi sərhəd təqaüdü zamanı Qras Texnologiya Universitetində təhsil alıb. Birinci il ərzində Tesla bütün mühazirələrdə iştirak edib, mümkün ən yüksək qiymətləri qazanıb və doqquz imtahandan keçib.


1882-ci ildə Tesla elektrik avadanlıqlarının təkmilləşdirilməsi və layihələndirilməsi üzrə Fransada Kontinental Edison Şirkətində işləməyə başladı. 1884-cü ilin iyununda o Nyu-Yorka yerini dəyişdi və Edison Maşınqayırma Zavodunda işləmək üçün Tomas Edison tərəfindən işə götürüldü. Edison üçün Teslanın işi sadə elektrik mühəndisliyi ilə başladı və tezliklə daha çətin problemlərin həlli səviyyəsinə kimi inkişaf etdi. Tesla Edison Şirkətinin sabit cərəyan elektrik generatorlarının tamamilə yenidən layihələndirilməsini təklif etdi. 1885-ci ildə o dedi ki, Edisonun səmərəsiz motor və generatorlarını həm iş, həm də iqtisadi cəhətdən təkmilləşdirərək, yenidən layihəsini verə bilər.


Tesla 1884-cü ildə ABŞ-ın Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün, maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron maşın və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb.


Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksək gərginlikli və yüksək tezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək, öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etdi.


Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator/generatorlar ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı.


Tesla nailiyyətlərinə görə məşhurlaşdı və sonda tipik "çılğın alim" kimi populyar mədəniyyətdə şöhrət qazandı. Patentləri ona xeyli pul qazandırdı və uğurundan müxtəlif dərəcədə öz layihələrinin maliyyələşdirilməsi üçün istifadə etdi. O, həyatının çoxunu — təqaüdə çıxana kimi müxtəlif Nyu York otellərində yaşayıb. 


Tesla 7 yanvar 1943-cü ildə vəfat etdi. Onun yaradıcılığı vəfatından sonra unudulmağa başlayıb, ancaq 1960-cı ildə Çəki və Ölçülər üzrə Baş Konfrans Beynəlxalq Sistemlərdə onun şərəfinə maqnit induksiyasının vahidini tesla adlandırıb.


Teslaya aid hekayələrə 1990-cı illərdən bəri populyar mədəniyyətdə yenidən maraq oyanıb.