Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Cabbar Qaryağdıoğlu

Xanəndəlik sənətinin ən görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olub. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.

Zülfüqar Hacıbəyov

Zülfüqar Hacıbəyov 1884-cü ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edərək istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Z.Hacıbəyov ilk biliyini xalq musiqisindən alıb.

Habil Əliyev

Onun həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur. O, XIX əsrin 50-ci illərinin sonunda böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanmışdı. 

Qətran Təbrizi

Qətran Təbrizi Təbriz yaxınlığındakı Şadiabad kəndində anadan olmuş, ilk təhsilini burada almış, elmin sirlərini isə Təbrizdə öyrənmişdir.

Siyavuş Aslan

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.

Məmməd Səid Ordubadi

Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi Ordubadda anadan olmuş, ilk təhsilini atasından almış, sonra xüsusi məktəbdə oxumuş, gənc yaşlarından Ordubaddakı ipək fabrikində çalışmış, "Fəqir" təxəllüsü ilə şeirlər yazmağa başlamışdır.