Son əlavə olunanlar

Odlar Yurdu

Azərbaycan mətbəxi

Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Bunu Azərbaycanın qonağı olan və bu nemətlərdən dadan hər bir kəs təsdiq edə bilər. Bu gün zəngin Azərbaycan mətbəxi haqqında danışacağıq. Azərbaycan ərazisində olan doqquz iqlim qurşağı, vətənimizin flora və faunasının zənginliyi eyni zamanda mətbəxin də rəngarəngliyinə təsir edir. Azərbaycan milli mətbəxinin tarixi də xalqımızın tarixi qədər qədimdir. 

Abşeron bağları

Qış fəsli öz dövrünü başa vurub günəş yeri isitməyə başlayanda, xüsusilə də  isti yay günlərində Bakı sakinlərinin əksəriyyəti Abşeron bağlarına üz tutur. Dənizli, qumlu, meynəli bağlar qışda nə qədər sakit olursa yayda bir o qədər qələbəlik yaşayır.  Abşeron bağları tarixən insanların istirahət etdiyi yer kimi tanınıb.  

Şamaxı

Şamaxı Azərbaycanın qədim şəhərlərindən biridir. Bu qədim diyar Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr yüksəklikdə yerləşir. 

Əsgəran qalası

Qədim zamanlarda yadellilərin hücumlarından qorunmaq və müdafiə məqsədilə Azərbaycanda müxtəlif istehkam və qalalar tikilib. Bunlardan biri də Əsgəran qalasıdır.       

Araz çayı

Araz çayı Türkiyə, İran, Azərbaycan və Ermənistan ərazilərindən axaraq, öz mənbəyini Türkiyə ərazisindəki Ərzurum dağlarından götürür. Azərbaycanın Sabirabad rayonunun Suqovuşan kəndi ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür.

Çovqan və ya çövkən - Azərbaycanda milli atüstü oyun növlərindən biri

Komanda oyun növü olan çovqan yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhur olmuşdur.