Son əlavə olunanlar

Odlar Yurdu

İlisu

Azərbaycanın şimal qərbində, Böyük Qafqazın cənub ətəklərində, dəniz səviyyəsindən 1400 m yüksəklikdə adı salnamələrdə çəkilən qədim bir kənd yerləşir. Bu İlisu kəndidir. Kənd 8 məhəllədən və əhalinin etnik-sosial tərkibi baxımından və əksəriyyəti türk mənşəli olan 95 nəsildən ibarətdir.  

Qala arxeoloji etnoqrafik muzey kompleksi

Yarımadanın şimal-şərqində yerləşən, beş min illik tarixə malik Qala kəndi qədim tariximizi özündə əks etdirən daş salnamədir. 

Şirvanşahlar saray kompleksi

Bakının tarixi tikililəri arasında mühüm yer tutan Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah I Xəlilullah (hakimiyyət illəri 1417-1462) tərəfindən tikilib. İçəri şəhərdə yerləşən bu saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biri sayılır.    

Azərbaycan adı nə vaxt və necə yaranıb

Azərbaycan! Bu söz ilk dəfə kimin dilindən çıxıb, onu ilk dəfə kim işlədib? Doğulub boya-başa  çatdığımız torpağın, doğma yurdumuzun, qürur mənbəyimizin adı haradan yaranıb? Bu haqda bir sıra mülahizələr var və onların tarixi çox qədimlərə gedib çıxır.

Azərbaycan İkinci Dünya müharibəsi illərində

Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan ikinci Dünya müharibəsi illərində iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Almaniya Bakı neftini ələ keçirməklə Şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi.

Azərbaycan tunc dövründə

Eramızdan əvvəl III minilliyin sonlarından başlayan Tunc dövründə Azərbaycan və bütün Zaqafqaziya qəbilələrinin ictimai-iqtisadi və mədəni inkişafında əhəmiyyətli irəliləyişlər baş verir. İnkişaf etmiş əkinçi-maldar təsərrüfatları əsasında böyük yaşayış məskənləri yaranır. Yerli xammaldan tunc məmulatların istehsalı genişlənir.