Bu maraqlıdır!

Düynanın ən böyük futbol topu

Dünyanın ən böyük futbol topu "Cabulani" adlanır. Topun çəkisi 650 kiloqramdır. O, standart futbol topundan 70 dəfə böyük və 1500 dəfə ağırdır. Bu top "Ginnesin rekordlar kitabı"na düşüb.

Qeyd edək ki, dünyada ən qədim futbol topu isə 450 il əvvəl hazırlanıb və Böyük Britaniyanın Sterlinq şəhərindəki Smit muzeyində saxlanılır. Top Şotlandiya kraliçası Mariya Stüarta məxsus idi.