Bu maraqlıdır!

Zebraya zolaqlar niyə lazımdır

Alimlər zebranın bədənində olan zolaqların mahiyyətini başa düşmək üçün çoxlu eksperimentlər qoymuş və nəzəriyyələr əsaslandırmışlar. Məsələn, iddialardan birinə görə zebraya zolaqlar onu başqalarının tanıması üçün lazımdır. Başqa nəzəriyyə - bu zolaqların zebranı yırtıcı heyvanlardan qoruması fikrinə əsaslanır. Bununla belə, Afrikanın zolaqlı atının belə olmasının səbəbi dəqiq surətdə məlum deyildir.

 

Bir alimlər qrupu nəhayət əsl meyarı öyrənmək üçün maraqlı bir eksperiməntə müraciət etmişlər. Eksperimentin mənası - zebranın zolaqlarının onu ən qorxulu düşməni olan atmilçəyindən qoruyub-qorumamasını müəyyən etmək idi.

 

Alimlər küllü miqdarda atmilçəyi yaşayan bir çöl seçərək, orada üç fərqli model yerləşdirmişlər. Modellərdən biri ağ at, digəri qara at, üçüncüsü isə zebra idi. Atmilçəklərinin hücumundan sonra alimlər hər heyvanın üzərində olan həşəratların sayını müəyyənləşdirdilər. Nəticələrə görə, zebranın üzərinə qonmuş atmilçəklərinin sayı ən az idi. Beləliklə, zebranın zolaqlarının onu atmilçəklərindən və çox güman ki, başqa yırtıcılardan qoruması funksiyası daşıdığını düşünmək olar.