Bu maraqlıdır!

Naut kurqanı, İrlandiya

Naut, (irl.Cnobha) Neolit dövrünə aid dəhlizli kurqandır.

 

E.ə 2.500 - 2000 illərdə tikilən kurqan İrlandiyada, Sleyn və Droxeda şəhərləri arasında Buan çayı sahilində Bryu na Buan adlı yerdə işləyir.

 

Naut, Bryu na Buan torpaq kurqanları kompleksinin ən böyük məzarlığı hesab edilir. Ərazi 1, adlanan hissə böyük təpədən ibarət kurqandan və 17 kiçik məzardan ibarətdir.

 

Bu böyük təpə kurqanın hündürlüyü təxminən 12 m, uzunluğu isə 67 m-dir. Bir hektar ərazini əhatə edir.  Hər bir dəhliz və ya keçid müstəqil olub, ayrı dəfn palatalarına açılır.

 

Şərq keçidi Mit qraflığındakı digər Nyuqreync abidəsindən fərqli olaraq, xaç formalı bir palataya çixir. Burada 3 daş yuva, oyuq varki, ölülər kremasiya edilərək içinə yerləşdirilib. Sağdakı oyuq İrland qəbir kurqanlarına məxsus meqalitik üsulla bəzədilib. Ərazidə həmçinin Neolit və Tunc dövrünə aid nümunələr də var.

 

 

Naut 12-ci əsrdə İrlandiyaya Norman istilası zamanı düşərgə kimi istifadə edilib və Mellifont katolik Monastrının Sistersiyenlər rahiblərinin mülkünə çevrilib. Bu da onu göstərir ki, bura həm də təsərrüfat anbarı kimi istifadə edilib.  

 

1993-cü ildə UNESCO-nun Dünya Mirasları siyahısına salınıb.