Təbiət

Mammeya meyvəsi-Amerika qaysısı

Mammeya meyvəsi və ya Amerika qaysısı Kluzikimilər (söyüdçiçəklilər dəstəsinə aid bitki fəsiləsi) fəsiləsinə aid edilən həmişəyaşıl ağacdır.


Ağac 18-21 m hündürlükdə olur. Gövdəsi qısa olub, diametri 1.9 m-ə çatır. Ağacın yuxarı budaqları oval şəkilli başlıq yaradır. Yarpaqları 10 sm və iki qat uzun ola bilir. 

 

Mammeya alması meyvə hesab edilsə də, əslində giləmeyvədir. Meyvənin diametri 10 sm, qabığı 3 mm olub, boz-qəhvəyi rəngdədir. Kal zamanında meyvə ağır və sərtdir. Yetişdikdə isə yüngülləşir. Kiçik meyvələrdə bir, böyüklərdə isə 4 dənəyə qədər çəyirdək olur. Çəyirdəklər 6 sm, nahamar, oval və qəhvəyidir. Ağacı toxumlarla çoxaltmaq mümkündür. Cücərmə 60-260 gün ərzində baş verir. Calaq yolu ilə də artırılır.

 

Ağac tropik və subtropik iqlimdə böyüyür. Aşağı temperatura qarşı çox həssas olsa da, həşərat və xəstəliklərə müqavimət göstərir. Trinidad və Tobaqoda mammeya meyvəsinin toxumu üyüdülərək spirt və kokos yağı ilə qarışdırılır. Bu tərkib gənələrdə və saç bitlərinin məhv ediməsində istifadə olunur.