Bu maraqlıdır!

İlanabənzər kurqan

İlanabənzər kurqan (Serpent mound) ilk dəfə 1848-ci ildə Efrayim Skvayr və Edvin Deyvis tərəfindən aşkar edilib. 


Serpent mound  - Ohayo Tarixi Cəmiyyəti Parkında yerləşir. Ohayo ştatının Adams əyalətində Braş Krik çayı yaxınlığında Serpent Mound kraterinin yaxınlığında yaylada yerləşən tarixi bir kurqandır. 


İlanabənzər kurqanın ümumi uzunluğu təxminən 420 metrdir; onun hündürlüyü 30 santimetrdən bir metrədəkdir. Kurqan qıvrılan ilanı xatırladır. Qıvrılma yeddi bükülmə meydana gətirib və qeyri adi tikili üç halqaya bükülmüş quyruqla bitir. İlanın ağzı açıqdır; içərisində nə olduğu bilinməyən qırx metrlik fiqur var. Tədqiqatçılar bu fiqur simvolun nə ilə bağlı olduğu barəsində dəqiq bir nəticəyə gəlməyiblər; lakin belə bir düşüncə var ki, yumurta, günəş, qurbağa bədəninin və ya köhnə qaya qalıqlarının sxematik bir təsviri ola bilər. Daha sonra araşdırmalar göstərdi ki, kurqanın bir hissəsi məhz yay vaxtı günəşin çıxmasını izləmək üçün qurulub.


İlk tədqiqatçılar kurqanı ilk başda üç fərqli mədəniyyətə aid ediblər. Artıq bizim dövrümüzdə, daha qabaqcıl texnologiyaların və bir sıra yan tədqiqatların köməyi ilə alimlər belə bir nəticəyə gəliblər - kurqan 1070-ci ildə Fort Enşent (Fort Enshent) mədəniyyətinin nümayəndələri tərəfindən tikilib.


1901-ci ildə Ohayo mühəndisi Klinton Kouven ilan kurqanının xəritəsini hazırlayıb. Kouven, təxminən 1,4 metr ölçülü xəritə yaradıb. Klinton bu ərazidə bir sıra tədqiqatlar həyata keçirib və xüsusilə kurqanın unikal kripto-vulkanik quruluşa malik olduğunu aşkar edib; o, kurqanın üç müxtəlif növ torpaqdan ibarət olduğunu sübut edib. 1967-ci ildə Ohayo Tarixi Cəmiyyəti İlanabənzər kurqanı turistlərin üzünə açdı. 


Ohayo Daxili İşlər Nazirliyi bu tarixi tikilini Milli Tarixi Yer olaraq qeydə alıb.