Şeirlər

Balaş Azəroğlu. "Azərbaycan"

Əziz Azərbaycan, ey gözəl diyar,
Anamın mehriban qucağı sənsən.
Könül tərlanının uçub qondugu,
Onun çox sevdiyi budağı sənsən.


Sənsən düşündüyüm, sənsən andığım,
Mənim bu dünyada arxalandığım.
Yetər alışdığım, yetər yandığım,

Şirin qəlbimin sorağı sənsən.

 

Qoy açsın könlümü sözlərim mənim,
Səndən nicat umur gözlərim mənim.
Hələ əyilməyir dizlərim mənim
Çünki o dizlərin dayağı sənsən.


Desəm də vurğunam, divanə sanma,
Mən ki öz oğlunam biganə sanma.
Bir şamsız, atəşsiz pərvanə sanma,
Yandığım odların ocağı sənsən.


Qoy bilsin, ey Vətən, bu alçaq yağı,
Solmaz bağçamızın yaşıl yarpağı.
Sən Babək yurdusan Azər torpağı,
Aslanlar oylağı, yatağı sənsən.