Bu maraqlıdır!

Kiribati

Kiribati dünyada Yerin bütün yarımkürələrində yerləşən yeganə ölkədir. Kiribati -Sakit okeanda yerləşən adalar dövlətidir.


Kiribati Sakit okeanı boyunca səpələnmiş bir çox kiçik 33 adadan ibarətdir (onlardan 20-də yaşayış yoxdur): Gilbert adaları, Foyeniks, Layn və Banaba ən böyüyüdür. Adalar ümumi 5 milyon kv.km. sahədə yayılmışdır. Torpaq sahəsi - 811 kv.km; Sahil xəttinin ümumi uzunluğu 1143 km-dir.


Paytaxtı Tarava şəhəridir. Adaya ilk dəfə 1837-ci ildə ingilislər ayaq basıb.


1979 ilin iyulun 12-də ölkə müstəqil olub.


Kiribati inanılmaz bir ölkədir. Dövlətin şərq və qərb hissələri arasında 1 sutka fərqi var.  


Bütün adalar mərcan adalarıdır. Adaların bir çoxu alçaqdır, dəniz səviyyəsindən yalnız 5-7 metr yuxarıda yerləşir və riflərlə əhatə olunur. Yalnız Milad və Banaba adaları dəniz suyundan yüksəkdə yerləşir. Banabanın hündürlüyü 81 m-ə çatır. 


İqlimi ekvatorialdır. Ən aşağı temperaturu 22 dərəcə selsidir, ən yüksək istilik isə 37 dərəcədir.


Heyvan dünyası çox zəifdir. Məməlilərdən yalnız siçanlar var; sakinlər donuz və quş əti istehsal edir. Dəniz quşları və suları müxtəlif balıq növü ilə zəngindir. 


2011-ci  ilin statistikasına görə ölkədə 101 min 998 nəfər yaşayırdı.


Gilbert adasında Şərqi Avronesiya qrupunun Kiribati dili sayılan “tunqaruan” dilində danışan mikroneziyalılar və kiribatilər yaşayır. Foyenix və Layn adalarında isə tuvalu polineziyalıları üstünlük təşkil edir. Rəsmi dilləri isə ingilis və kiribatidir.


Kiribati dilinin əlifbasında 13 hərf vardır.