Nağıllar, hekayələr

İsgəndərin cavabı

20 yaşında ikən dünyanı fəth etmək fikrinə düşən Makedoniyalı İsgəndər hərbi yürüşə başlamazdan əvvəl müəllimi Aristotelin yanına gəldi. Böyük filosof şagirdini dinləyib dedi:

 

- İsgəndər, çox böyük işə başlayırsan. Ancaq sən çox cavansan. Bəlkə, bir az gözləyəsən, təcrübə toplayasan.

 

- Yox, - deyə İsgəndər cavab verdi. - İllər keçdikcə, bəlkə də, təcrübəm artacaq, ancaq qətiyyətim azalacaq.