Şeirlər

Sevinc Nuruqızı. Xəstələnib pişiyim

Xəstələnib pişiyim

Günahkar olmuşam mən.

Çimdirmişəm vannada

Pişiyimi mən dünən.

 

 

Sonra da oynamışam

Onunla yelçəkəndə.

Sən demə, xəstələnir

Pişik də yel çəkəndə.

 

 

İndi hərarəti var

Səhərədək yatmayıb.

Nə qədər eləmişəm

Bir həb belə atmayıb.

 

 

Pəncəsinin altında

Gizlədibdir başını.

Gərək atım bu gündən

Dəcəlliyin daşını.

 

 

Xəstələnib pişiyim

Günahkar olmuşam mən.

Çimdirmişəm vannada

Pişiyimi mən dünən.