Bu maraqlıdır!

Madaqaskarın "Daş meşə"si

Dünyanın 10 geoloji möcüzəsindən biri sayılan Tsinci-de-Bemaraha qoruğu (“Daş Meşə”) Madaqaskar adasının qərb sahilində yerləşir. Qoruq 152.000 hektarlıq ərazini əhatə edir.


Tsinci-de-Bemaraha milli parkı 1927-ci ildə Milli Qoruq statusunu almış və 1990-cı ildə YUNESKO - nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. 


Əhəngdaşı süxurları milyon illər ərzində suyun təsirilə yuyulub belə şiş uclu qayalar şəklini almışdır. Ərazi endemik heyvan növləri ilə zəngindir. Əlçatmaz ərazi olduğundan bu heyvan növləri qoruna bilmişdir. Daş meşə girintili - çıxıntılı kanyonlardan, rütübətli mağaralardan, şiş qayalardan ibarət bir labirintə bənzəyir. 


Insanlar üçün əlçatmaz olan belə çətin bir landşaft, nadir növ heyvan və bitkilərin yaşamasına kömək edir. 


Meşədə bitən nadir bitki növlərindən əlavə, qırmızı kitaba salınan nadir növ quşların və nadir növ sayılan ağ lеmurların evidir.