Bu maraqlıdır!

Trovant - canlı daş

Rumıniyanın mərkəzində və cənubunda, şəhərdən uzaqda qeyri-adi daşlara rast gəlmək olur. Yerli əhali hətta onlara xüsusi ad verib: Trovantlar.

Bu daşlar nəinki inkişaf edir hətta çoxala bilir.


Əksər halda bu daşlar yuvarlaq bir formaya malikdir və kəskin ucları yoxdur. Görünüşünə görə bu yerlərdə çox sayda olan hər hansı bir qaya parçasından heç də fərqlənmir. Lakin yağışdan sonra daşların tərkibində və üzərində inanılmaz bir hadisə baş verir: göbələk kimi böyüməyə və artmağa başlayır.


Hər bir trovant tədricən yalnız bir neçə qram artır və bir tondan çox çəkiyə sahib ola bilir. Gənc daşlar daha sürətli böyüyür, lakin yaşı artdıqca böyüməsi yavaşlanır.


Canlı daşların tərkibi əsasən qumdan ibarətdir. Daşların unikallığına baxmayaraq, geoloqlar onları elm üçün açıqlanmayan hadisələrin kateqoriyasına aid etməyə tələsmirlər. Alimlərin fikrincə, böyüyən daşlar qeyri-adi olsa da, onların təbiəti izah edilə bilər. Geoloqlar iddia edirlər ki, trovantlar yer üzündə milyonlarla il ərzində baş verən qumların sementləşmə (bərkimə) prosesinin nəticəsidir. Yer səthində belə daşlar güclü seysmik fəaliyyət zamanı meydana gəlmişdir.


Alimlər həmçinin trovant daşların böyüməsinə də izahat tapıblar: daşlar qabıqları altında olan müxtəlif mineral duzlarının yüksək tərkib hissəsi sayəsində böyüməkdədir. Səthi nəmləndikdə, bu kimyəvi birləşmələr genişlənməyə başlayır və quma təzyiq edir və daşın "böyüməsinə" səbəb olur.


Buna baxmayaraq, trovantlarda geoloqların izah edə bilməyəcəyi bir xüsusiyyət də var. Yaşayan daşlar, böyüməklə yanaşı çoxala bilir. Bu belə baş verir: daş səthi nəmləndikdən sonra üzərinə yüngül qabarıqlar əmələ gəlir. Vaxt keçdikcə onlar böyüyür və yeni daşın çəkisi kifayət qədər olduqda ana daşdan ayrılır. Maraqlısı da budur ki, trovant daşlarda ağaclarda olduğu kimi daxildə “nüvə” var. 


Bəzi trovant daşların başqa qeyri-adi qabiliyyəti də qeyd olub. Kaliforniyada Ölüm Vadisi Qoruğunun məşhur sürüşən daşları kimi, bəzən yerdən yerə hərəkət edirlər.


Hazırda trovant daşlar yerləşən ərazilər Mərkəzi Rumıniyada maraq doğuran yerlərdən biridir.