Bu maraqlıdır!

Misir

Misir, üç qitəni – Asiya, Afrika və Avropanı birləşdirən yolların kəsişdiyi mərkəz, ən qədim dünya sivilizasiyası ölkələrindən biridir. Ölkə Afrikanın şimal-şərqində və Asiyanın cənub-qərbində yerləşir. Paytaxtı Qahirə şəhəridir. Misir Aralıq dənizi sahilində yerləşir.


Ölkənin əsas yaşayış məntəqələri Nil çayı boyunca yerləşir. Ölkənin şimal sahili Aralıq dənizi ilə, şimal-şərqdən Qəzza zolağı və İsrail, şərqdən Qırmızı dəniz, cənubdan Sudan, qərbdən isə Liviya dövləti ilə əhatə olunub. Ölkənin sahəsi 1.001.450 km²-dir.


Qədimdə Misirlilər torpaqlarını Nil vadisinin məhsuldar torpağının rənginə görə “Ta-Kemet” (qara torpaq) adlandırmışlar.


İqlimi
Aralıq dənizi boyunca ensiz sahil xəttinin iqlimi – subtropik, qalan ərazidə tropik səhra iqlimidir. Burada hava son dərəcə qurudur, ilboyu azbuludlu olur, çox az-az yağış yağır. Misir üçün temperaturun kəskin dəyişməsi xarakterikdir. 


Ölkənin coğrafiyası
Misir torpaqlarının əksəriyyətini (96%) Nubiy, Liviya və Ərəbistan səhraları təşkil edir, Misirlilər isə yalnız 4% ərazidə yaşayır. Bütün ərazi boyu, dünyanın ən böyük çayı olan Nil çayı cənubdan şimala axır.


Misir əhalisi
Misir əhalisinin əksəriyyətini yəni 90% -ni ərəblər və 10% isə koptlar təşkil edir. Koptlar qədim misirlilərin nəslindəndirlər. VII əsrdə Ərəb Xilafəti Misiri fəth etmiş və ərəblər ölkədə yerləşməyə başlayıblar. Ərəblər yerli xalqı “Kopt” olaraq çağırırdı.


Təbii sərvəti
Ölkə daxilində neft, təbii qaz, dəmir filizi, fosfat, əhəngdaşı, manqan, sink və qurğuşun ehtiyatları var.


Dini
Ölkədəki əsas din - İslamdır. Əhalinin təxminən 90% -i müsəlmandır.


Görməli yerləri
Misir, tariximizə qədər çox sayda tarixi abidəni qoruyan az sayda ölkədən biridir. Əsas dəyərlərə bunlar aiddir: Luksor məbədi; Karnak məbədi (Misirin bütün məbədlərindən ən böyüyüdür); "Ölülərin şəhəri" (Tutanxamonun məzarının yerləşdiyi yer); 3000 otaqdan ibarət olan Fayum labirinti; dünyada 7 möcüzədən biri olan Giza ehramları və Qahirə arxeoloji muzeyi.


Heyvanat dünyası
Misirin faunası: ceyran, tülkü, çaqqal, ceyran, begemot, timsah, kaftar, dəvə, çox sayda quş, həşərat, kərtənkələ və ilan ilə xarakterizə olunur.
Misir subtropik (şimal) və tropik (ən) iqlim zonalarında yerləşir. Dövlət ərazisində tropik çöl iqlimi üstünlük təşkil edir.