Bu maraqlıdır!

Sigiriya- Aslan Qayası

Sigiriya və ya Sinhagiri, Şri-Lankanın Orta əyalətindəki Dambulla şəhəri yaxınlığında, Şimali Matale bölgəsində qədim qaya qəsridir. Adı adi və arxeoloji əhəmiyyəti olan, böyük bir qaya sütununun üstündə, təxminən 200 metr yüksəklikdə olan bir yerə istinad edir. 

 

Qədim Şri-Lanka Culavamsa arxeoloqlarına görə, bu yer Kral Kasyapa ( b.e 477-495) tərəfindən paytaxt seçilib. Kral sarayını bu qaya üzərində qurub və yanlarını rəngli freskalarla bəzətdirib. Bu qayanın ortasındakı sahədə böyük aslan şəklində keçid inşa etdirib. 

 

Sigiriyanın adı Aslan Qayası mənasını verən “Sihagiri” adlı bu binadan götürülüb. Kralın ölümündən sonra paytaxt və kral sarayı tərk edildi. XIV əsrə qədər Budist monastırı kimi istifadə edilib.
Sigiriya 1982-ci ildə YUNESKO tərəfindən Dünya İrs Siyahısına daxil edilib və dünyanın 8-ci möcüzəsi elan edilib. Sigiriya qədim şəhər planlamasının ən yaxşı qorunub saxlanılan nümunələrindən biridir.