Bu maraqlıdır!

Hinduşkalar niyə qəzəblənir?

Hinduşka çəkisi 15 kq ağırlığa qədər olan çox böyük ev quşudur. Onlar parlaq geyimlərini çoxalma dövründə, hətta qəzəbli və ya təhlükəli olduqda nümayiş etdirirlər.

 

Bu ev quşu yazda digərləri qarşısında lider kimi çıxış edir. Sinəsini şar kimi qabağa verərək, başını arxaya əyir. Alnındakı ət buynuzu, uzun lüt boynu qiymətli sapfirlər kimi parlayır. Quyruğunu təkər vəziyyətində aşağı əyərək, qanadları ilə yeri cızaraq digər hinduşkalar ətrafında fırlanır və səslər çıxardır.

 

Qəzəbli hinduşka göy qurşağı rənglərinə bənzəyən boynunu şişirdir, lələkləri dik dayanır və quyruğunu qatlayıb salır. Sırğa və saqqal hissələrinə qan sızdığına görə, onlar həddindən artıq böyük olur. Bu mənzərə ilk baxışdan təsirli olsa da, çox qorxmaq lazım deyil. Hinduşka daha güclü bir rəqibin özündən  üstün olduğunu hiss edirsə, onda dərhal boynunu uzadır, qalibin mərhəmətinə təslim olur.