Bu maraqlıdır!

Antarktidada “Qanlı şəlalə”

Antarktidanın Şərqində, Teylor Vadisində inanılmaz təbiət fenomeninə rast gəlmək olar. Cənub qütbündə yerləşən Antraktidanın "Qanlı Şəlalə"si görənləri heyrətə gətirir. Qan-qırmızı dəmir oksidli axıntı Teylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Qırmızı su mənbəyi 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilib. İlk əvvəllər suyun qırmızı olması Qırmızı yosunla əlaqələndirilsə də, sonradan səbəbin paslanmış dəmir olması müəyyən edilib. Göldən axan su qrunt tərkibində olan dəmirin oksidləşməsi nəticəsində əmələ gəlir.


Dəmirlə zəngin olan duzlu su kiçik çatdan çıxır. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Bu göl dağ arası dərələrin dəniz suyu ilə dolması nəticəsində əmələ gəlir. Bu göl təxmini olaraq 4-1,5 mln il öncə buz qatının altında qalıb. Göl suyunun duzluluğu okean suyunun duzluluğunu 10 dəfə üstələyir. Bu səbəbdən hətta –10 °C temperaturda belə göl donmur.


Hal-hazırda Qan şəlaləsi altında olan göl normal dəniz suyundan 3 dəfə artıq duzludur və donması qeyri mümkündür. Materikdən ayrılması ilə bərabər atmosferlə əlaqəsi kəsilən göl heç gün işığı da ala bilmir və oksigendən məhrumdur. Dəmir ilə zəngin olduğu üçün açıqlıqdan axan su, oksigenlə təmas etdiyində paslanır və keçdiyi ərazini qırmızı rəngə boyayır. Qırmızı rənglə axan şəlalə Qan Şəlaləsi olaraq adlandırılıb. Şəlalənin olduğu yerə yalnız helikopter və ya bölgəni ziyarət edən xüsusi gəmilər ilə getmək mümkündür.