Görkəmli şəxsiyyətlər

Aleksandra Bruşteyn

Aleksandra Bruşteyn – tanınmış Rus (Sovet) yazıçısı və dramaturqu olub.  "Yol uzağa gedir" ("Дорога уходит вдаль") əsəri ilə məşhurdur.


A.Y. Bruşteyn 11 Avqust 1884-cü ildə Vilnüsdə həkim və yazıçı ailəsində anadan olub. O, doğulduğu şəhərdə gimnaziyanı, daha sonra Sankt-Peterburqda Bestujev kurslarını bitirib. 


Gənc yaşlarından Aleksandra ədəbiyyata maraq göstərirdi. O, gimnaziyada oxuyarkən işləməyə başladı: xüsusi dərslər verirdi, həmçinin işçilər üçün axşam kurslarında pulsuz dərs keçirdi. Aleksandra Rusiyadakı ilk ali təhsil müəssisələrindən biri olan - Qadınlar üçün Bestuzhev Ali Kursunu əla bitirdi. 


1907-1917-ci illərdə Aleksandra Yakovlevna "Siyasi Məhbuslara və Sürgündə olan İnqilabçılara Kömək Siyasi Qırmızı Xaç" adlı gizli təşkilatın üzvü idi.


Vətəndaş müharibəsi illərində Bruşteyn teatrda işləməyə başladı. Oktyabr inqilabından sonra mədəni və maarifləndirmə işinə başladı: Leninqrad və Moskvadakı uşaq teatrları üçün pyeslər yazdı, savadlılıq məktəbləri təşkil etdi.


Aleksandra Yakovlevna 1900-cü illərdə kitab tərcümə edərək şeir və pyeslər yazmağa başladı. Bu illər ərzində Bruşteyn klassik əsərlərin səhnə versiyaları da daxil olmaqla onlarla tamaşa hazırladı. Onlar arasında: Tristan və Izolda, Tom dayının daxması, Don Kixot və Qəddar dünyanı qeyd etmək olar. Əsərlərinin çoxu gənc nəsilə ünvanlanmışdır. Aleksandra Bruşteynin "Keçmişin Səhifələri" xatirələr toplusu geniş yayılmışdır. Ən məşhur avtobioqrafik trilogiyası "Yol uzağa gedir" (1956), "Şəfəqdə" (1958), “Bahar” (1961), "Şlisselburq çiçəkləri" və "Axşam işıqları"dır (1963).


Bruşteynin əsərləri- dərin psixologiya, lirizm, sadəlik ilə xarakterizə olunur.


Yazıçı 20 sentyabr 1968-ci ildə Moskvada vəfat edib.