Bu maraqlıdır!

Monako knyazlığı

Monako və ya Monte Karlo knyazlığı - Avropanın cənubunda, Fransa və İtaliyanın sərhədinə yaxın Aralıq dənizi sahilində yerləşən kiçik dövlətdir (Fransanın Nitsa şəhərindən 20 kilometr şimal-şərqində yerləşir). Sahəsi 2,02 km²-dir. Bu dövlət dünyada fransızdilli ən kiçik ərazi sayılır.  Monakonun sakinlərinin sayı 38897 nəfərdir (2016 məlumatları). Monakonun ərazisi Monako, Monte Karlo, La Kondamin və Fonvyey şəhərlərindən ibarətdir.


Ölkənin paytaxtı Monako şəhəridir. Yerli əhalisi - Moneqaskilərdi (əhalinin 16% -i təşkil edir). Rəsmi dil - Fransız dilidir.  Danışıq dili kimi Moneqaski dialekti istifadə olunur. Ənənəvi Moneqaski dili olan "Moneqyu" yaşlı nəsillər tərəfindən istifadə olunur və Knyazlıq məktəblərində tədris olunur. Milli valyuta - avrodur.


Monakonun tarixi 13-cü əsrdən başlayır. Keçmiş antik dövrdən Monako Qayası ilk tayfalar üçün sığınacaq olaraq xidmət edirdi. İyunun 12-i, 1215-ci ildə gələcək Knyazlığın yaranması qeyd olundu. Həmin gün Qibbelin ailəsi, Şahzadələr Sarayı olaraq bilinən qalanın ilk təməlini qoyur. Sakinləri cəlb etmək üçün, qalanın ilk hökmdarları gələnlərə yaxşı bəxşiş verirdi. Monako knyazlığının tarixi 1997-ci ildə 700 illik yubileyi qeyd edən Qrimaldi sülaləsi ilə sıx bağlıdır. Hazırda knyazlığa Qrimaldi sülaləsindən olan II Albert başçılıq edir.


Monakonun  və şahzadənin devizi: "Déo Juvante" dir yəni “Allahın köməyi ilə”. Dövlət dini - katoliklikdir. Müqəddəs Konstitusiya ilə zəmanət verilən dini azadlıq Monakoda bir çox fərqli dini məclisin yerləşdirilməsinə imkan verir.


Aralıq dənizinin isti və günəşli sahilində yerləşdiyinə görə Monako Knyazlığında qış mülayim, yay isə sərin-isti olur. Hər il yağışlı günlərin sayı 87-dən çox olmur, gün ərzində 7 saat günəşli hava müşayiət olunur. Dəniz suyunda temperatur yaz aylarında 26.5 dərəcədən qışda isə 11-ə qədərdir. Bu mülayim Aralıq dənizi iqlimi Monakonu istənilən mövsümdə “həyatın gözəl olduğu bir yer” kimi dünyada tanıdır.