Şeirlər

Hikmət Ziya. Ey mərd ürəkli ordum

Keşiyində durmusan
Bu elin, bu torpağın,
Günəşdən işıqlıdır
O üç rəngli bayrağın.
Ey mərd ürəkli ordum,
Polad biləkli ordum!

 

Neçə alovu, odu,
Söndürmüsən hünərlə.
Hər an qoşa çəkilir
Sənin adın zəfərlə.
Ey xoş diləkli ordum,
Polad biləkli ordum!

 

Yayılır nəğmə kimi
Milyonların “sülh” sözü,
Qoruduqca sən bizim
Fərəhli ömrümüzü!
Ey xoş diləkli ordum,
Polad biləkli ordum!