Şeirlər

Hikmət Ziya. “Stəkan necə fincan oldu”

Stəkan Nəlbəkinin üstünə çımxırdı:—Sən, 
Məni zərrə qədər də sevmirsən, hə, sevmirsən! 
Məni sındıracaqdır ürəyimin kədəri. 
Hələ istəyirəm də sənin kimi bir əri! 
—Qadan-balan canıma gəlsin — dedi Nəlbəki, 
Açıq söylə görüm bir axı dərdin nədir ki? 
Ağlamsındı Stəkan: — Bundan böyük dərd olar? 
— Çaynikin də qulpu var, Fincanın da qulpu var... 
Mən qulpsuzam!.. 
Nəlbəki çingildədi bir anda: 
—A gözümün işığı, qulp olmaz Stəkanda! 
—Olar! Dedim ki, olar. Aman, sancdı ürəyim! 
Gözümdə qalacaqmış, sən demə, hər diləyim. ... 
Nə edəydi Nəlbəki? O, fırlana-fırlana, 
Bir qulp alıb gətirdi sevimli arvadına. …
Bu һadisə çevrilib kiçik bir dastan oldu, 
Paxıllığın ucundan Stəkan Fincan oldu.