Bu maraqlıdır!

Üzən məktəb

Üzən məktəblərə dünyanın müxtəlif bölgələrində rast gəlinir. Məsələn, Banqladeşdə bir çox hallarda dərslər müəllimlərin hərəkət etdiyi qayıqlarda keçirilir.

 

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Nigeriyanın Laqos şəhərində də Niderlandın “NLE Architects” arxitektura bürosunun layihəsinə uyğun olaraq suyun üzərində məktəb tikilib.

 

Artıq bir neçə ildir uşaqlar bu cür məktəb-qayıqda təhsil alırlar.