Bu maraqlıdır!

Hansı ağac növləri daha qiymətlidir?

Tropik meşələrdə təkcə gözəl deyil, həm də insanlar üçün çox qiymətli olan ağac növləri bitir.


Məsələn, Cənubi Amerika və Karib adalarında bitən qırmızı ağacı götürək, onun oduncağı qırmızı-qəhvəyi rəngdədir və ondan çox yaxşı qiymətləndirilən gözəl mebellər hazırlanır.

 

Afrikanın Şri-Lanka (Seylon) adasında bitən qara ağac öz möhkəmliyinə görə qiymətləndirilir.


Səndəl ağacının xoş ətri var, ondan bəzək, mücrü və ətir hazırlayırlar.


Qvayako ağacına çox az təsadüf olunur, o təkcə özünün gözəl sarı rənginə görə yox, həm də dünyada oduncağının ən möhkəm və ən ağır olması ilə məşhurdur.