Şeirlər

Ələmdar Quluzadə. "Yekələrin sualı"

Tərbiyəçi bağçada
Səndən nəyi soruşdu? 
- Dedi budağa qonan
Toyuqdu, yoxsa quşdu? 
Fikirləşib düz cavab 
Verə bilmədin ona. 
- Axı çıxa bilmirəm
Ağacın budağına. 
- Yəqin tərbiyəçi də 
Sualları saxladı.
- Yox ey, çox sual verib 
Məni çoxlu yoxladı. 

Dedi sənin babanın 
İndi neçə yaşı var? 
Yeddi qardaş divlərin 
Nə qədər qardaşı var? 
-Mənim Səadət balam, 
Bunun günahı məndə. 
Yaşımı deyəcəyəm 
Almalar yetişəndə. 
Gözlədim soruşmadı 
Kökələrin sualın. 
Balacalar nə bilsin 
Yekələrin sualın?