Bu maraqlıdır!

"Budda əli" meyvəsi

İlk sitrus bitkisi olan və görünüşünə görə osminoqa bənzəyən “Budda əli” meyvəsinin tarixi eramızdan 300 il əvvələ aiddir. 


“Budda əli” müxtəlif ölkələrdə müxtəlif cür adlanır: "Diamant" – Siciliya sitronu, Çində “Fu şou”, Yaponiyada “Buşukon”, Malayziyada “Layamau Yari”, “Cerek tanqan”, İndoneziyada “Dxiruq tanqan”, Taylandda “som-mu”, Vyetnamda “Fat-çt”. 


Qabığı limonu xatırladan meyvə qeyri-adi formaya malikdir, bölünmüş, uzun və nazik budaqlar insan əllərini xatırladır. “Budda əli” ev şəraitində 1.5 metrə qədər uzanır. İri, bir az dalğalı, parlaq, tünd-yaşıl yarpaqları var. Bütün sitrus meyvələrindən fərqli olaraq çox böyük bar verir – uzunluğu 12-40 santimetr təşkil edir. Məhsul noyabr ayından yanvaradək yığılır.


Bu meyvə öz qeyri-adi görünüşü ilə deyil, həm də aromatik xüsusiyyəti ilə cəlbedicidir: ondan çay dəmlənir, mürəbbə bişirilir,  qabığından şəkərləmələr, marmelad və ətir hazırlanır.  


Aşpaz Culi Loq-Riordan meyvədə kokos, banan, karamel və darçına bənzər dad çalarları olduğunu deyir.


Orta ölçülü bu meyvənin qiyməti 10 dollara başa gəlir. 


Sitronun turşusundan kosmetoloji məqsədlər üçün istifadə olunur: üzü təmizləyir və çilləri azaldır. Ondan hazırlanmış məlhəm dəmrov xəstəliyinin müalicəsində kömək edir, yarpaqlarından və güllərindən hazırlanmış su saçları canlandırır, qabığı nəfəsi təravətləndirir. 


Çin təbabətində Budda əli mühüm yer tutur. Hesab edilir ki, meyvəni insan bədəninin 3 meridianı əhatə edir: qaraciyər, dalaq və ağciyər.


Eyni zamanda, Çində bu meyvəni evdə talisman kimi saxlayırlar. Evə uğur, xoşbəxtlik gətirir, mənfi enerjini uzaqlaşdırır.