Bu maraqlıdır!

Əllərimizi nə üçün yumalıyıq?

Sən “əlləri yumaq lazımdır” sözlərini hər gün eşitməkdən yorulmusan? Hətta cizgi filmlərində bu mövzuya tez-tez toxunulmasına və uşaqların mikroblarla qorxudulmasına təəccüblənirsən? Sən artıq lazımi qədər böyüksən ki, bunlara inanmırsan və dəyərli vaxtını su prosedurlarına sərf etmək istəmirsən? Bu, sənin haqqındır. İndi isə icazə ver, bu barədə bir daha danışaq... 


İnsan hər gün 100 cür müxtəlif əşyalara toxunur. Buraya kitab, pul, mobil telefon və klaviaturanın düymələri daxildir. Sən keçmək üçün divara əl vurur, tanış və dostlarınla görüşəndə əllərini sıxırsan. Məktəbdə yazı taxtasını silir, sürahidə yellənir, çox vaxt karandaşlarla oynayırsan. Bütün bunların nəticəsində sənin əllərində hər cür zərərli orqanizmlər toplanır ki, bunlar da sənin əhvalını korlaya və immunitetini parçalaya bilər. 


Kəskin respiratorlu virus infeksiyalarına yoluxmaların 20 faizinin əllər vasitəsilə ötürülməsi sübut olunub. Sən xüsusi maska geyinə və xəstələrlə əlaqədən uzaq dura bilərsən. Lakin əlini yumadan burnuna sürtsən (və ya dadlı kökə götürsən), xəstəlik törədən orqanizmlər öz pis əməllərinə başlayacaqlar. Onların təbiəti belədir!
Çirkli əllər sənə bağırsaq qurdunu da gətirə bilər. Sən günü-gündən sabundan uzaqlaşsan, əlbəttə bu, tezliklə baş verəcək.


Nəhayət, daha qorxulu olan xəstəliklər barədə. Hepatit, qarın yatalağı və ağız vasitəsilə keçən bütün mümkün infeksiyalar. Əgər əllərinizi sabun və ya xüsusi gellərlə tez-tez yusanız, əlbəttə ki, bu xəstəliklərdən də qaçmaq mümkündür. Bundan başqa, burunun da yuyulması məsləhət görülür, çünki burun seliyi hər cür mikrobları özünə çəkir. 


Bax belə, indi fikirləş sənin üçün nə daha çox qiymətlidir: sərbəst dəqiqələr, yoxsa sağlam və xoşbəxt olmaq. Düzgün seçim etdinsə, deməli, sən artıq böyümüsən!