Bu maraqlıdır!

Mexiko şəhəri

Mexiko şəhəri Meksika dövlətinin paytaxtıdır. Əhalisinin sayı 9 milyon nəfərdir. Dəniz səviyyəsindən 2240 metr hündürlükdə yerləşir.


Şəhər 1521-ci ildə ispan işğalçıları tərəfindən dağıdılmış qədim astek şəhəri Tenoçtitlanın yerində yaradılmışdır.1821-ci ildən müstəqil Meksika dövlətinin paytaxtıdır. Tenoçtitlan şəhəri asteklərin mərkəzi kimi XVI əsrin əvvəllərində dünyanın ən böyük şəhərlərindən biri idi.Təxminən 500 min əhalisi var idi. İspan konkistadorları (işğalçı) Ernan Kortesin rəhbərliyi ilə 1519-cu ildə şəhərə daxil oldular. Əvvəlcə asteklər onları xoş qarşıladılar. Daha sonra isə aralarında mübasibətlər pisləşdi və Kortes məğlub olaraq geri çəkildi. Bir müddət sonra Kortes yeni ordusu ilə astekləri məğlub etdi və paytaxtlarını darmadağın etdi. Dağıdılmış paytaxtın yerində Yeni İspaniya adlandırılan İspaniya müstəmləkəsinin mərkəzi sayılan yeni şəhər salındı. 1810-cu ildə Meksikada ispan işğalçılarına qarşı xalq üsyanı başladı. 1821-ci ildə müstəqil Meksika dövləti yarandı.


Şəhər Meksikanin demək olar ki, mərkəzində yerləşir və hər tərəfdən dağlarla əhatə olunur. Əhalisinin əksəriyyəti metisdir. Metislər avropalılarla yerli əhalinin birgə nigahından törəmələrdir. Şəhərin danışıq dili ispan dilidir.


Şəhərdə bir çox tarixi abidələr mövcuddur. Belə abidələr arasında astek piramidası (XIV əsr), Milli Kafedral Kilsə (1563-1667), XVII və XVIII əsrlərdə tikilmiş monastrlar xüsusi yer tutur. Mexiko ərazisində 10 arxeoloji park mövcuddur. 


Amerika qitəsinin ən qədim şəhəri olan Mexiko şəhəri 20 milyon əhalisi ilə Qitədə 1-ci, dünyada isə Tokio (38 mln), Yeni Delhi (25 milyon) və Şanxay (24 milyon) şəhərlərindən sonra 4-cü böyük şəhərdir.