Bu maraqlıdır!

İlk klounlar

İlk klounlar (məzhəkəçilər) Orta əsrlərdə meydana çıxmış və atçılıq sirklərində fəaliyyət göstərmişlər. XVI əsrdə yaranmış ingilis sözü olan “clown” “kəndli” mənasını ifadə edir. Adətən, yoxsullar və içki düşkünləri bu işlə məşğul olurdular. Klounların rəmzinə çevrilən “qırmızı burun” məhz buradan yaranmışdır. 
Klounların müxtəlif tipləri, məsələn “ağ kloun”, “qırmızı kloun” xeyli sonra yaranıb. Ağ klounlar əsas, qırmızı klounlar isə onların köməkçiləri olmuşlar. Adətən, heç kəs ağ klounlara  gülmür, öz dostlarını yamsılamağa çalışan, lakin bunu bacarmayan qırmızı klounları isə ələ salırlar. 
Sirk klounları isə musiqi, məzhəkəçilik, akrobatlıq, heyvan təlimçiliyi, pantomima və s. kimi bacarıqlara malik olurlar. Sirk klounlarının əksəriyyəti müxtəlif janrlarda fəaliyyət göstərirlər.