Bu maraqlıdır!

Mayyalılar

Mayyalılar Mərkəzi Amerikada çox vacib bir mədəniyyət yaratmışdılar. O, Meksikanın geniş ərazisini (Kintana-Roo, Ukatan, Kampeçe, Çapas, Tabako) və müasir Beliz, Qvatemala və Hondurasın ərazilərini də əhatə edirdi. 


Mayya mədəniyyətinin ən yüksək tərəqqi dövrü 300-900-cü illər arasında olmuşdur. Bu uzun müddət ərzində onlar mərasimlər üçün monumental mərkəzlər və ictimai binaları olan böyük şəhərlər tikmişdilər.


Mayyanın əsas mərkəzləri Tikal, Palenka, Kopan, Mayyapan, Uksmal, Çiçen, İtsa və Uaksaktun idi.


Mayyalılar ovçuluq və kənd təsərrüfatı ilə məşğul olurdular, onlar selvada (tropik meşədə) məskən salmışdılar. Onlar bu insana düşmən mühitin çətinlikləri ilə bacardılar və qədim misirlilərin. Şumerlərin və ya yunanların mədəniyyətindən geri qalmayan mədəniyyət yaratdılar. 

 

Mayyalılar ən müdrik qədim xalqlardan biri olublar. Onlar astronomiya, riyaziyyat və tibb sahəsində böyük biliklərə malik olmuşdular. Onlar hindlilərdən (Hindistan, Asiya) başqa, yeganə olaraq, sıfırdan istifadə etmişdilər. Həmçinin onlara loqarifm və kəsr məlum idi. Mayyalıların say sistemi iyirmidördlük idi. Rəqəmlər nöqtə və xətlərlə göstərilirdi. Xətt beş vahidin cəmini göstərirdi. Mayyalılar misirlilər, yunanlar və başqa mədəniyyətlərdən fərqli olaraq, nə dəmir, nə təkər, nə də dulusçu dəzgahı tanımırdılar, onların iri ev heyvanları yox idi. Baxmayaraq ki, onlar metallurgiya texnikasından istifadə edirdilər, bunu ancaq qızıl və gümüşdən qiymətli əşyaların, bəzək və zərgərlik məmulatlarının istehsalında istifadə edirdilər. Yəni onlar metallurgiyanın silah, ev əşyaları və başqa lazımlı alətlərin hazırlanması üçün istifadəsini bilmirdilər.


Bütün bunlara baxmayaraq, onların iqtisadiyyatı, din və sosial quruluşun forması Qədim Misir və Mesopotamiyaya qədər mürəkkəb idi və inkişaf etmişdi. Ona görə də bəzi alimlər mayyalıları “Amerikanın yunanları” adlandırırlar. 

 

Mayyalılar böyük astronomlar idi, onlar yüz illər ərzində qaranlıq səmanı müşahidə edirdilər. əvvəllər onların istifadə etdiyi yeganə alət bir-birinə çarpaz bağlanmış iki ağac idi. Məhz bu alətin köməyi ilə astronomlar gözlərini səmanın müəyyən nöqtəsinə dikərək onu öyrənirdilər. Baxmayaraq ki, onların teleskop və başqa texniki vasitələri yox idi, onlar böyük kəşflər etdilər. Məsələn, onlar ayın dövriliyini hesablaya bildilər, nə vaxt ay tutulmalarının olacağının qabaqcadan deyə bilirdilər.