Nağıllar, hekayələr

Dəvə və tikan

Bir dəvə çöldə otlayırdı. Yarpaqlanmış tikan koluna yaxınlaşıb, istədi yarpaqlarını yesin. Ağzını kola tərəf  uzadanda gördü ki, onun içində bir ilan qıvrılıb yatıb. Dəvə tamah dişini ondan çəkib geri qayıtdı.

 

Kol elə xəyal elədi ki, dəvə onun tikanından qorxub geri çəkildi.

 

Dəvə kolun fikrini duyub dedi:

–  Mənim qorxum səndən deyil, o gizlənmiş qonaqdandır.