Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XI fəsil

- İçəri gəl, - deyə qadın cavab verdi, mən də içəri keçdim.
– Bu stula əyləş. Mən əyləşdim. O, özünün parıldayan balaca gözlərilə məni başdan-ayağadək süzüb soruşdu: 
- Sənin adın nədir? 
- Sara Vilyams. 
- Bəs harada yaşayırsan? Bu yaxınlardamı? 
- Yox, mən Hükervilldə yaşayıram, burdan çayaşağı yeddi mil uzaqda. Bütün yolu piyada gəlmişəm, odur ki, çox yorulmuşam. 
- Həm də bərk acmısan, eləmi? İndi blr şey taparam. 
- Yox, lazım deyil. Yaman bərk acmışdım, burdan iki mil o yandakı fermaya girdim, odur ki, indi yemək istəmirəm. Belə gec gəlməyimin də səbəbi budur. Anam xəstə yatır, pulumuz yoxdur, heç bir şeyimiz də yoxdur; evdən məni dayım Abner Murun yanına yollayıblar. Anam dedı ki, o, şəhərin bu başında yaşayır. Mən indiyədək heç vaxl burada olmamışam. Siz onu tanıyırsınızmı? 
- Yox, mən hələ hamını tanımıram. Burada yaşadığımız heç iki həftə də olmaz. Şəhərin o başı o qədər də yaxın deyil. Qal bizdə gecələ. Şlyapanı çıxartsana. 
- Yox, mən yaxşısı budur bir qədər dincəlim, - deyə cavab verdim, - sonra isə yoluma davam elərəm. Mən qaranlıqdan qorxmuram. Qari dedi ki, məni təkcə buraxmayacaqdır, təxminən saat yanından sonra əri gələr və aparıb məni ötürər. 


Sonra o, əri haqqında, çayın yuxarı tərəflərində yaşayan qohumları, habelə çayın aşağı tərəflərində yaşayan qohumları haqqında danışmağa başladı; dedi ki, əvvəllər ər-arvad çox yaxşı dolanırmışlar, əbəs yerə bizim şəhərə gəliblər, gərək heç bir şeyə fikir verməyəydilər və sairə və ilaxır; mən artıq bu fikirdə idim ki, bizim şəhərdə nələr olduğunu əbəs yerə ondan öyrənmək ümidində olmuşam, ancaq, axırda o, söhbəti atamın və məni necə öldürdüklərinin üstünə gətirib çıxartdı; söhbətin bu yerində düşündüm ki, qoy hər nə bilir açıb töksün. O məni Tom Soyyerlə birlikdə on iki mini (ancaq onun sözündən iyirmi min çıxırdı) necə tapdığımızı, atam haqqında və onun işi bitmiş adam olduğu haqqında, mənim də işi bitmiş adam olduğum haqqında danışdı, axırda, məni necə öldürdüklərinə gəlib çıxdı. Mən ondan soruşdum: 
- Bəs onu kim öldürüb? Biz bu barədə Hükervilldə eşitmişik, ancaq bilmirik ki, Hek Finni kim öldürüb? 
- Kimin onu öldürdüyünü öyrənmək istəyənlər, məncə bizim bu yerdə çox tapılar. Bəziləri belə düşünüb ki, onu elə qoca atası öldürüb. 
- Nə danışırsınız? 
- Əvvəlcə, demək olar ki. hamı belə düşünürdü. O isə heç vaxt xəbər tutmayacaq ki, onu az qala linç edəcəkdilər. Ancaq gecə fikirləşib bu qərara gəlirlər ki, onu Cim adlı bir qaçqın zənci öldürübdür. 
- Axı o... Mən dayandım. Belə qət etdim ki, yaxşısı budur susum. O isə hələ də danışırdı, hətta mənim nə isə dediyimi də eşitməmişdi. 
- Həmin zənci Hek Finnin öldürüldüyü gecə qaçıb. Onu tapan adama üç yüz dollar mükafat vəd ediblər. Qoca Finni tapan adama da iki yüz dollar təyin etmişlər. O, bilirsənmi, səhər şəhərə gəlib oğlunun öldürüldüyünü nağıl edir və hamı ilə birlikdə meyiti axtarmağa gedir, bundan sonra isə qaçıb gizlənir. Onu həmin gecə linç etməyə hazırlaşırmışlar, ancaq, görürsənmi, aradan çıxıb, o birisi gün isə məlum olur ki, zənci də qaçıb. Hekin öldürüldüyü gecə Cimi axşam saat ondan sonra heç kim görməyib, buna görə də hamı bu işi ondan bilib. Bir gün sonra isə, bütün şəhər ancaq bu haqda danışarkən, birdən qoca Finn qayıdıb gəlir; birbaş məhkəmə hakimi Tetçerin yanına gedib hay-küy qaldırır, tələb edir ki, ona pul versin və həmin zəncini tapmaq üçün bütün İllinoysda axtarış düzəltsin. Məhkəmə hakimi ona bir qədər pul verir, qoca isə elə həmin axşam sərxoş oluncayadək içir və iki nəfər şübhəli şəxslə gecə yarıyadək küçələrdə veyllənir, sonra da onlarla birlikdə yox olur. 
İndi o vaxtdan bəri geri qayıtmayıb, burada da belə fikirləşirlər ki, hər şey yatıb soyumayınca hec qayıtmayacaqdır da. Yəqin özü öldürüb, hər şeyi isə elə qurub ki, bamı bunun quldurların işi olduğunu düşünsün; fikirləşir ki, sonra Hekin pullarını qopardıb əlinə keçirdər, məhkəmələrdən də canı qurtarar. Camaat deyir ki, "öldürmək onun işi deyildir, o hətta buna da yaramır!". Mən isə belə fikirləşirəm ki, yaman bic adamdır! Əgər o bircə il geri dönməsə, bundan ötrü ona heç nə olmayacaq. Axı, aydın məsələdir ki, hec nə sübut etmək olmaz; o vaxt hamı sakit olacaq, o da Hekin pullarını zəhmət çəkmədən özünə götürəcək.
- Bəli, mən də belə düşünürəm. Ona mane olan kimdir ki!.. Deməli, indi daha heç kəs bu fikirdə deyil ki, onu zənci öldürüb? 
- Yox, canım, o fikirdədirlər. Bir çoxlan yenə belə hesab edirlər ki, o öldürüb... Ancaq zəncini gərək bu yaxınlarda tutalar, belə olsa, əsl həqiqəti ondan öyrənə bilərlər. 
- Necə, məgər onu indi də tutmaq istəyirlər? 
- Mən pis gördüyüm kimi, sən də pis düşünürsən! Axı, üç yüz dolları çölə atmayıblar. Bəziləri bu fikirdədir ki, zənci indi də haradasa bu yaxınlardadır. Mən də bu fikirdəyəm, ancaq susuram. Bu günlərdə mən bizimlə yanaşı, tirdən qayrılma yöndəmsiz binada yaşayan qoca və qarı ilə söhbət edirdim, söz aramızda qalsın, onlar dedilər ki, bax, o adada, Cekson adlanan adada, heç vaxt bir kimsə olmayır. 
- Məgər orda heç kim yaşamır? – deyə soruşdum. 
- Yox, deyirlər ki, heç kim yaşamır. Mən onlara daha heç bir söz demədim, ancaq fikrə getdim. Çünki bundan bir gün, ya da iki gün qabaq adanın yuxarı tərəfində deyəsən, tüstü görmüşdüm, fikirləşdim ki, həmin zənci, yəqin orada gizlənir; özüm-özümə dedim, hər halda bütün adanı axtarmağa dəyər. 


O vaxtdan bəri daha tüstü görməmişəm, ola bilsin ki, zənci artıq ordan getmişdir. Mənim ərim bu gün qonşumuz ilə ora gedib baxacaq. O, çayyuxarı getmişdi, bu gün, iki saat bundan qabaq isə qayıtmışdır, mən bütün bunları ona danışmışam. Mənim balım özümdə deyildi, yerimdə otura bilmirdim. Başımı bir şeyə qatmalı idim; stolun üstündən iynə götürüb saplamağa başladım. Əllərim əsir, iynəni saplaya bilmirdim. Arvad səsini kəsdi, mən başımı qaldırıb ona baxdım; o qəribə bir nəzərlə, maraqla və yüngülcə gülümsəyərək mənə baxırdı. Mən iynə ilə sapı yerinə qoydum, guya onun sözlərilə çox maraqlanmışdım, əslində doğrudan da, bu elə belə idi, mən dedim: 
- Üç yüz dollar böyük puldur. Bu pullar anama çatsaydı, nə yaxşı olardı. Sizin əriniz bu gecəmi oraya gedəcəkdir? 
- Bəs necə'? O mənim bayaq dediyim qonşu ilə birlikdə şəhərə gedibdir ki, qayıq və əgər bir adamdan tapa bilərlərsə, bir tüfəng də alıb gətirsinlər. Onlar gecə yarıdan sonra adaya gedəcəklər. 
- Bəlkə, yaxşı görmək üçün səhərə kimi dayansalar yaxşı olar? 
- Əlbəttə ki, yaxşı olar. Zənci də yaxşı görər. Gecə yarısından sonra o, söz yox ki, yatacaq, onlar isə gizlincə meşəyə girər və əgər zənci tonqal qalamışsa, o saat tonqalı görərlər. 
- Mən bunu düşünmürdüm. 


Arvad yenə də mənə qəribə bir nəzərlə baxırdı, mənim də halun özümdə deyildi. Sonra o məndən soruşdü: 
- Bala can, adın nə oldu? 
- M-meri Vilyams. Deyəsən, birinci dəfə mən "Meri" deməmişdim, nə isə başqa bir ad demişdim, buna görə də ona baxa bilmirdim; mən, deyəsən, əvvəlcə "Sara" demişdim. O, məni elə bil ki, divara dirəmişdi, gərək ki, bu mənim gözlərimdən də görünürdü, bax, buna görə də ona baxmağa qorxurdum. Mən istəyirdim ki, qarı yenə də nə isə bir söz deyəydi, çünki o nə qədər susub dururdusa, mən də özümü bir o qədər pis hiss edirdim. Birdən o dedi: 
- Bala can, sən içəri girdiyin vaxt deyəsən "Sara" demişdin. 
- Bəli, doğrudur, Sara Meri Vilyams. Mənim birinci adım Saradır. Bəziləri mənə Sara deyir, bəziləri də Meri. 
- Ax, belə de! 
- Bəli, iki adım var. İndi mən özümü bir qədər yüngül hiss edirdim, amma buna baxmayaraq, burdan əkilmək istəyirdim. Mən ona baxa bilmirdim. Bu vaxt qarı danışmağa başladı ki, indi çox ağır zəmanədir, onunla əri pis dolanırlar, siçovullar da lap həyasızlaşıb bütün evi dolaşır, elə bil ki, bu evin ağasıdır, o sonra yenə xeyli danışdı, belə ki, lap yüngülləşdim. Siçovullar haqqında o doğru deyirdi. Onlardan birisi küncdəki deşikdən tez-tez burnunu çıxarırdı. Qarı dedi ki, o, hər cür şey-şüyü qəsdən əli altında saxlayır ki, tək olan vaxt siçovulların üstünə atsın, yoxsa onlar ona heç rahatlıq vermirlər. O mənə, başı yumru olan bir qurğuşun çubuq göstərdi və dedi ki, özü çox sərrast vurur, ancaq bu günlərdə əli burxulub, bilmir ki, indi vura biləcək, ya yox. O, fürsət düşən kimi həmin şeyi siçovulun üstünə tulladı, ancaq vura bilmədi, əli bərk ağrıdığı üçün ufuldadı. Sonra xahiş etdi ki, mən atım. Mən arvadın əri qayıtmamış getmək istəyirdim, ancaq bunu büruzə vermirdim. Mən həmin şeyi götürdüm və siçovul burnunu deşikdən çıxaran kimi tuşlayıb atdım, əgər siçovul yerində otursaydı, halı pis olacaqdı. Qarı dedi ki, çox gözəl atdım, gələn dəfə mütləq dəyəcək. O ayağa durub qurğuşun çubuğu götürdü, sonra isə bir yumaq iplik gətirib xahiş etdi kı, yumağı açmaqda ona kömək edim. Mən əllərimi irəli gətirdim, o ipliyi qoluma dolamağa başladı, Özü isə yenə öz işlərindən danışırdı. Sonra birdən söhbətini kəsib dedi: 


- Sən siçovullara göz yetir. Yaxşısı budur, qurğuşunu dizinin üstünə qoy ki, əlinin altında olsun. O belə deyib qurğuşunu mənim üstümə atdı; mən dizlərimi bir-birinə sıxıb onu tutdum. O isə yenə danışmaqda idi; ancaq heç bir dəqiqə keçməmişdi ki, ipliyi qollarımdan çıxartdı, dik gözlərimin içinə baxıb mehribanlıqla dedi:
 - Yaxşı, bir de görüm əsl adın nədir? 
- N-necə yəni nədir? 
- Soruşuram ki, əsl adın nədir? Billdir, Tomdur, Bobdur, yaxud da başqa bir addır? Mənim canıma lərzə düşdü, daha bilmirdim nə edim. Ancaq belə dedim: 
- Xahiş edirəm, yazıq bir qızı ələ salmayasınız. Əgər sizə mane oluramsa, onda... 
- Heç də yox. Yerindəcə otur, vəssalam. Mən səni incitmərəm və sənin barəndə heç kimə bir söz demərəm. Ancaq, sən gəl mənə inan, öz sirrini aç. Mən səni ələ vermərəm; nəinki ələ vermərəm, əksinə, hələ sənə kömək də edərəm. Əgər lazım olsa, lap ərim də sənə kömək edər. Sən axı, yəqin ki, qaçmış usta şagirdisən, belədir ki, var. Qorxmaq lazım deyil. Axı bunda nə var ki! Səninlə pis rəftar eləyiblər, sən də qaçmısan. Allah köməyin olsun, oğlum, mən sənin barəndə heç kimə bir söz demərəm. İndi isə ağıllı oğlan ol, hər şeyi mənə aç danış. Onda mən belə qət etdim ki, daha hiylə işlətməyin mənası yoxdur, yaxşısı budur hər şeyi səmimi açıb söyləyim, ancaq, qoy o da sözünün üstündə dursun. Sonra mən ona nağıl etdim ki, atamla anam ölmüşdür, məni isə tərbiyə olunmaq üçün çaydan otuz mil nzaqdakı bir kənddə yaşayan qoca xəsis bir fermerə vermişlər. 


O mənimlə çox pis rəftar edirdi, mən dözdüm, dözdüm, axırı tab gətirə bilmədim; o ikigünlüyə harasa getmişdi, mən də fürsətdən istifadə edib onun qızının köhnə bir paltarını çırpışdırdım və qaçdım, çaya qədər olan bu otuz mili də üç gecəyə qət etmişəm. Mən gecələr yol gedir, gündüzlər isə bir yanda gizlənir və yatırdım; evdən çıxanda özümlə bir torba çörək və ət götürmüşdüm, bu mənə yolda doyunca bəs etdi. Mənim dayım Abner Mur, yəqin ki, qeydimə qalar, bax, mən bundan ötrü buraya, Qoşenə gəlmişəm. 
- Oğluın, Qoşen dedin? Bura Qoşen deyil, bura Sent-Pitersburqdur. Qoşen çayyuxarı on mil o yandadır. Bəs sənə kim deyib ki, bura Qoşendir? 


- Bir nəfər dedi; mən yatmaq üçün burulub meşəyə getmək istərkən, sübh vaxtı ona rast gəldim. O mənə dedi ki, yol ayrıcında sağa dönmək lazımdır, beş mil gedəndən sonra Qoşene çatacaqsan. 
- Yəqin sərxoş olub. O sənə lap əksinə deyib. 
- O, özünü lap sərxoş kimi aparırdı. Bəli, indi daha mənası yoxdur. Getmək lazımdır. Səhər açılana kimi Qoşenə çataram. 
- Bir dəqiqə dayan. Sənə bir az yemək verim, yoxsa acından ölərsən. Qarı məni yedizdirib soruşdu: 
- Bir mənə de görüm, əgər inək uzanıbsa, ayağa necə qalxır, qabaq ayaqları ilə, yoxsa dal ayaqları ilə? Cəld cavab ver, fikirləşmə; qabaq ayaqları ilə, yoxsa dal ayaqları ilə? 
- Dal ayaqları ilə, xanım. 
- Belə. Bəs at? 
- At qabaq ayaqları ilə. 
- Ağacın hansı tərəfini mamır basır? 
- Şimal tərəfini. 
- Əgər dağ döşündə on beş inək otlayırsa, onlardan neçəsi eyni bir tərəfə baxır? 
- On beşi də. 
- Yaxşı, sən deyəsən, doğrudan da, kənddə yaşamısan. Mən elə bilirdim ki, sən mənə yalan demək istəyirsən. Yaxşı, bəs əsl adın nədir? 
- Corc Piters, xanım. 
- Corc, bunu yadından çıxartma. Yoxsa, mənə birdən yenə deyərsən, adın Aleksanderdir, sonra isə mən sənin yalanını tapanda hiyləbazlıq edib deyərsən ki, Corc Aleksanderdir. Bir də ki, bu çit paltarda arvadların gözünə görsənmə. Sən qıza çox az oxşayırsan, ancaq hər halda kişiləri aldada bilərsən. Allah evini tiksin, oğlum, məgər iynəni elə saplayarlar? Sən sapı hərəkətsiz halda tutub iynəni ona keçirirsən, əksinə, iynəni hərəkətsiz tutub sapı ona keçirmək lazımdır. Arvadlar həmişə belə edirlər, kişilər isə əksinə. Siçovulu və ya başqa bir şeyi ağacla vuranda isə, ayaqlarının ucuna qakıb, əlini başının üstünə qaldır, özün də çalış elə et ki, mümkün qədər yöndəmsiz çıxsın, taxtanı da beş-altı addım hədəfdən kanara at. Atanda oğlanlar kimi sol çiynini irəli verib biləyin və dirsəyinlə deyil, qız kimi qolunu dirsəkdən qatlamadan düz tutub at; bunu da yadında saxla: qızın dizi üstünə bir şey atanda, o, dizlərini aralayır, daha sənin qurğuşun parçasını tutduğun vaxt dizlərini bir-birinə sıxdığın kimi etmir. Sən hələ iynəni saplayarkən mən bilmişdim ki, oğlansan, bülün qalan şeyləri isə bir daha yoxlamaq üçün etmişdim. 


Nə isə, indi Sara Meri Vilyams Corc Aleksandr Piter, öz dayının yanına yollan, əgər işın cəncələ düşsə, missis Cudit Loftesə, yəni mənə xəbər çatdır, mən səni bəladan xilas etməyə çalışaram. Çayın sahili ilə get və yadında saxla ki, bir daha qaçmış olsan ayağına çəkmə, corab gey. Mənə elə gəlir ki, sahilə gedən yol daşlıqdır, Qoşenə gedib çatınca ayaqlarını qırıb tökəcəksən. Mən sahillə əlli addıma qədər gedib sonra geriyə döndüm, qayığımın dayandığı yerə - çayaşağı həmin evdən xeyli uzağa qaçdım. Qayığın içinə sıçrayıb sürətlə çayyuxarı qalxdım, gelib adanın tuşuna çatdıqda kəsmə getdim. Kaporu başımdan çıxartdım, indi o mənə lazim deyildi, yalnız mane olurdu. 


Çayın ortasına çatdıqda saat zənglərinin vurduğunu eşitdim; dayanıb qulaq asdım, zəngin səsi su ilə mənə çox zəif gəlib çatsa da, aydın səslənirdi, saat on bir idi. Mən yorulub gücdən düşməyimə baxmayaraq, adanın yuxarı başında dincimi almağa dayanmadım, meşəyə, əvvəl məskən saldığım yerə qaçdım, orada uca və quru bir yerdə yaxşı bir tonqal qaladım. Sonra qayığa atılıb avarları var qüvvəmlə çəkərək bir mil yarıma qədər çayaşağı, öz duracaq yerimizə üzdüm. 


Qayığı sahilə çəkib, kolların arası ilə tez yuxarıya, dağa dırmanıb özümu mağaraya saldım. Cim yerdə uzanıb bərk yuxuya getmişdi. Mən onu oyatdım: 
- Cim, tez ol qalx yığış! Bir dəqiqə də itirmək olmaz! Bizi axtarırlar! Dalımızca gələcəklər! Cim heç bir şey soruşmadı, heç bir söz demədi, ancaq sonrakı saat yarım ərzində onun necə işlədiyindən məlum olurdu ki, yamanca qorxmuşdur. Saat yarımdan sonra bizim bütün şey-şüyümüz sala yüklənmişdi və salı, gizlədilmiş olduğu söyüd ağacları arasındakı kiçik körfəzdən çıxarmaq olardı. Biz birinci olaraq mağaradakı ocağı söndürdük və bundan sonra heç şamları da yandırmadıq. Mən qayıqda sahildən bir qədər aralanıb ətrafa nəzər yetirdim; əgər yaxınlıqda bir qayıq olsaydı belə onu görə bilməzdim, çünki ulduzların sayrışdığı qaranlıq bir gecədə çox da şey görə bilməzsən. 


Sonra biz salı kiçik körfəzdən çox da şey görə bilməzsən. Sonra biz salı kiçik körfəzdən çıxartdıq, sahilin kölgəsi ilə yavaş-yavaş üzərək adanın aşağı başını hərləndik, bütün yol boyu ağzımızı açıb bir kəlmə də danışmadıq.