Bu maraqlıdır!

Biliklərinizi genişləndirəcək elmi faktlar

1. Oksigenin 20%-i Amazon tropik meşələrindən gəlir
Amazon meşələri 5,5 milyon kvadrat kilometr ərazini əhatə edir. Amazon cəngəllikləri böyük miqdarda karbon qazını udmaqla Yer oksigeninin əhəmiyyətli bir hissəsini istehsal edir ki, məhz buna görə onları “Planetimizin ağciyərləri” adlandırırlar.

 

2. Venera saat əqrəbi istiqamətində fırlanan yeganə planetdir
Venera Günəş sistemində öz oxu ətrafında saat əqrəbi istiqamətində fırlanan yeganə planetdir. Venera Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır.  Elm adamları bunun niyə baş verdiyinə dair bir çox versiya irəli sürürlər. Ən böyük ehtimal bundan ibarətdir ki, keçmişdə planetin hərəkətinə təsir edən nəhəng asteroidlər və ya atmosferin yuxarı hissəsində hava cərəyanlarının güclü dövranı səbəb olmuşdur.

 

3. Günəş şüaları Yerə 8 dəqiqə 19 saniyəyə çatır
Biz bilirik ki, işığın sürəti saniyədə 300.000 kilometrdir. Ancaq belə başgicəlləndirici sürətlə belə, Günəşlə Yer arasındakı məsafəni qət etmək üçün vaxt lazımdır. Günəş Yerə ən yaxın ulduz olduğuna görə, günəşin şüaları 8,44 dəqiqəyə Yerə çatır. Günəş işığının Plutona çatması isə 5,5 saata baş verir.

 

4. Hər günəş şüasının çəkisi 3,2 kq-dır
Əgər fotonların (elektromaqnit şüalanmasının (işığın) kvantı olan stabil elementar zərrəcik) çəkisi yoxdursa, bu necə mümkündür? Bəli, bu doğrudur, nisbilik nəzəriyyəsinin təsvirində fotonların sükunət halında heç bir çəkisi olmur, hərəkətdə olduqda isə impulsu daşıya və onu başqa cisimlərə ötürə bilirlər. Enerjinin bir şüa ilə ötürülməsini tərəzidə "çəkirik"sə, təxminən 3,2 kq edir.

 

5. Veksillologiya nədir?
Bayraqları, ştandartları, vımpelləri və digər bu kimi predmetləri öyrənən köməkçi tarix elminin sahəsidir. Bu elmin adı Roma legionları tərəfindən istifadə edilən “veksillum” adlı bayrağın adından yaranmışdır.

 

6. Hər il Havay adaları Alyaskaya 7,5 sm yaxınlaşır
Yer qabığı bir neçə nəhəng hissədən - tektonik plitələrdən ibarətdir. Bu lövhələr mantiyanın yuxarı təbəqəsi ilə birlikdə daim hərəkət edir. Havay adaları, Alyaskanın yerləşdiyi Şimali Amerika plitəsinə doğru yavaş-yavaş şimal-qərb istiqamətində hərəkət edən, Sakit okean plitəsinin orta hissəsində yerləşir. Tektonik plitələr insan dırnaqları necə böyüyürsə, eyni o sürətlə hərəkət edirlər.

 

7. Partlayan xiyar
Buna “dəli xiyar” da deyirlər. Belə bir ad haradan gəlib? Fakt budur ki, xiyarın toxumları yetişəndə, onları əhatə edən toxuma selikli bir kütləyə çevrilir. Bu zaman xiyarın daxilində çoxlu təzyiq yaranır, nəticədə meyvə sapdan ayrılır və güclü partlayış meydana gələrək toxumlar seliklə birlikdə əmələ gələn dəlikdən sürətlə çölə atılırlar. Yeri gəlmişkən, xiyar toxumlarını 6 metrdən çox məsafədə atmaq gücünə malikdir.

 

8. Qədim Roma kremi
Roma dövründə insanlar artıq kremlərdən istifadə edirdilər: arxeoloqlar eramızın II-ci əsrinə aid kosmetik krem tapmağa nail olublar. Kremin üzərində sahibinin ( və ya sahibəsinin) barmaq izləri hələ də qorunub qalıb.

 

9. Uşaqlarda böyüklərdən təxminən 70 daha çox sümük var
Yenidoğulmuşlarda adətən 270-ə yaxın sümük olur, əksəriyyəti çox kiçikdir. Bu, skeleti daha çevik edir və körpənin sürətlə böyüməsinə kömək edir. Yaşlandıqca bu sümüklərin çoxu birləşir. Yetkin bir insanın skeleti orta hesabla 200-213 sümükdən ibarətdir.

 

10. "Mağara adamları" mağaralarda yaşamırdılar
Alimlər inanırlar ki, qədim insanlar mağaraları başqa məqsədlər üçün ziyarət edirdilər (divar rəsmləri bunu sübut edir), lakin onlar mağaralarda yaşamırdılar. Paleolit neandertalları ovçu-toplayıcı idilər, köçəri həyat tərzi sürmüşlər və mağaralardan yalnız arabir istifadə etmişlər. Ümumilikdə arxeoloqlar Avropada 277 belə mağara aşkar ediblər. Həqiqətən də mağaralarda rəsmlər, ocaqlar, rituallar və dəfn izləri aşkar edilib, lakin heç biri daimi yaşayış üçün nəzərdə tutulmayıb. 

 

11. Uşaq oyunlarının "sədaları"
Tibet yaylasında əhəngdaşı üzərində 7 və 12 yaşlı iki uşağa aid əl və ayaq izləri aşkar edilib. Arxeoloqlar bunun indiyə qədər tapılmış parietal (“mağara”) sənətinin ən qədim nümunəsi olduğunu irəli sürürlər. İzlər eramızdan əvvəl 169.000 ilə 226.000 arasına təsadüf edir. Uşaqların başqa, nəsli kəsilmiş Denisova İnsanı- Homo cinsine ait olduğu sübut edilmişdir.

 

12. Buludların çəkisi 500 tondan çox ola bilər
Bildiyiniz kimi, buludlar diametri cəmi bir neçə mikron olan kiçik su damcılarından ibarətdir. Ayrı-ayrılıqda bu damcıların heç bir çəkisi yoxdur, lakin onların buluddakı ümumi kütləsi, hətta orta ölçüdə olsa belə, dəhşətli dərəcədə böyükdür.

 

13. İquananın üç gözü var: üçüncüsü yalnız parlaqlığı qəbul edir
İguananın üçüncü gözü "əmgək göz" adlanır: o, iki əsas göz arasında yerləşir – alnın nahiyyəsində bir nöqtədir. Göz təsvirləri, ətrafı görmür, lakin buna baxmayaraq, işığın dəyişməsinə (məsələn, işıqdan qaranlığa keçərkən) həssasdır. İquanalar və digər sürünənlər (həmçinin bəzi balıqlar) ətraf mühitdə hərəkət etmək və hiss etmək üçün üçüncü gözdən istifadə edirlər. Həmçinin, qeyri-adi göz yuxu zamanı fərdi xarici təhlükələrdən qoruyur.

 

14. Kolibri geriyə uça bilən yeganə quşdur
Kolibri - quşlar dünyasının helikopteridir. Bu quşlar arxaya uça bilən yeganə quşlardır. İstənilən istiqamətdə - irəli, geri, aşağı və yuxarı uça bilirlər. Onlar hətta bir yerdə dayanaraq qanadlarını çırpa bilərlər. 15 m/san sürəti ilə uça bilirlər. Bu, onların kiçik ölçüsü və çəkisi ilə əlaqədardır.