Bu maraqlıdır!

Qədim Yunanıstanda riyaziyyat

Qədim Yunanıstan dünya tarixində çox önəmli yer tutur. Təhsilin, elmin və mədəniyyətin inkişafına görə dünya xalqları arasında ön sıralarda qərarlaşır.


Yunan ustaları heyrət doğuracaq dərəcədə gözəl saraylar və kilsələr (ibadətgahlar) tikirdilər. Həmin tikililər sonradan, min illər boyu bütün ölkəyə arxitektura nümunəsi kimi xidmət edirdi. Yunan heykəltəraşları mərmərdən ecazkar heykəllər yaradırdılar. Yunan alimləri isə təkcə əsl riyaziyyatın deyil, indi məktəblərdə öyrədilən digər bir çox başqa elmlərin də bünövrəsini qoyublar.


Niyə görə yunanlar riyaziyyatda bütün başqa xalqlardan qabağa keçmişdilər? Ona görə ki, onlar yaxşı mübahisə edə bilirdilər.
Elmdə mübahisələr nəyə kömək edə bilər?


Qədim vaxtlarda  Yunanıstan xırda, kiçik dövlətlərdən ibarət idi. Hər bir şəhər ətrafındakı kəndlərlə birlikdə ayrıca dövlət idi. 
Vacib dövlət məsələlərini həll etmək lazım gələndə,  şəhərlilər meydana yığışırdı, müzakirə, mübahisə edəndən sonra səs verirdilər. Bəllidir ki, belə iclaslarda rəqib tərəfi inkar etmək, mühakimə etmək, öz düzgünlüyünü sübut etmək lazım gəlirdi.


Yunanlar hesab edirdilər ki, mübahisə məsələnin ən düzgün yolunu tapmağa kömək edir. Onlar arasında belə bir deyim vardı: “Mübahisə vaxtı həqiqət doğulur”. Yunanlar elmdə də xalq iclaslarında olduğu kimi hərəkət edirdilər. Onlar tək qaydaları öyrənmir, həm də hər şeyin səbəblərini axtarırdılar: niyə görə belə etmək düzgündür, başqa cür isə yox.


Yunan riyazıyyatçıları hər bir qaydanın düzgünlüyünü izah etməyə, sübut etməyə  çalışırdılar. Elə buna görə də, onlar bir biri ilə mübahisə edir, fikirlər irəli sürür, fikirlərdə səhv tapmağa çalışırdılar. Hansısa qaydanı sübut edərkən - fikirlər başqasına aparırdı, daha çətininə (mürəkkəbinə), sonra üçüncüyə, dördüncüyə. Qaydalardan qanunlar yığılırdı, qanunlardan isə elm - riyaziyyat.
Yunan riyaziyyatı doğulan kimi, dərhal böyük addımlarla irəli addımlamağa başladı. Ona sanki əvvəllər başqa xalqlarda olmayan ecazkar çəkmə, skoroxod (çəkmə- tezgedən) kömək edirdi. Onları «mühakimələr» və «sübutlar» adlandırırdılar.