Şeirlər

Mina Rəşid. Qız qalası

Başı göylərə çatan
Bir qalam var, möcüzə...
Bu sehirli abidə
Nələr söyləyir bizə?

 

Elə vüqarla durub
Əzəmət simvoludu.
Bir sənət incisidi
İçi sirlə doludu.

 

Gözəllikdə tayı yox
Nağıldı, əfsanədi... 
Adı Qız Qalasıdı
O Bakının rəmzidi...