Xəbərlər

“Soyuq əllər, isti ürəklər” yarmarkası Bakıda

Bakı, 1 dekabr, AZƏRTAC

 

Dekabrın 1-dən  yanvarın 15-dək Fəvvarələr meydanında paytaxt sakinləri, həmçinin LIBRAFF və TEAS Press “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında iştirak edəcək. 


Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, yarmarkada 20 faizədək endirimli qiymətlərlə kitab və dəftərxana ləvazimatları almaq, əylənmək, həm də Yeni il ovqatını hiss etmək mümkün olacaq.

 

Hər növ əyləncə və sürprizlərlə dolu olan yarmarkanın rəsmi açılış mərasimi bu gün saat 18.00-da baş tutacaq.