Şeirlər

Solmaz Şirin. "Gözəl anam, şən anam"

 

 

 

Evimizin işığı
Gözəl anam, şən anam!
Səndən əziz kimim var?
Həmdəmimsən sən, anam!

 

Gözəllərin gözüsən,
Dilimin xoş sözüsən.
Sən nənəmin özüsən,
Sənə heyran mən, anam!

 

Cüt yaşılbaş sonayıq,
Səninlə mən bir Ayıq.
Elə bil, bir almayıq,
Bölünmüşük tən, anam!