Bu maraqlıdır!

Vinç sivilizasiyası

Bütün dövrün bəşər sivilizasiyası tarixinin ən qədim mədəniyyəti hesab edilən “Vinç mədəniyyəti” (Vinca Culture) e.ə. 5000-3500 ildə Balkan yarımadasında mövcüd olub. Digər adı Dunay Vadisi mədəniyyətidir. Vinç mədəniyyəti, Böyük çayların vadilərində yaranan böyük sivilizasiyalardan biri olub. Müasir Rumıniya, Macarıstan, Serbiya və Bolqarıstanın hissələri də daxil olmaqla geniş bir ərazidə yayılmışdır.

 

Bu mədəniyyət adını bu sivilizasiyanın ilk abidəsinin - Belqrad yaxınlığındakı Vinç kəndinin aşkar edildiyi yaşayış yerinin adından alıb.

 

Son 20 ildə Dunay və Orta Balkan Neolitik ərazilərində - Rumıniya, Yuqoslaviya və Bolqarıstandakı sensasiyalı arxeoloji kəşflər və bu kəşflərin eramızdan əvvəl 5-4-cü minilliyə aid edilməsi, Vinç mədəniyyətinin zənginliyindən bəhs edir. Bu kəşflər əsasənda məlim oldu ki, Cənub-Şərqi Avropa mədəniyyəti Qədim Mesopotamiya, Nil və Hind vadilərinin mədəniyyətlərindən daha qədim mərkəzlərindən biri olub.

 

Arxeoloji qazıntılar zamanı əldə olunan tapıntılardan məlum olmuşdur ki, Vinç mədəniyyətinin daşıyıcıları öz yazılarını yaratmışlar (piktoqramlarla 1000-ə qədər gil və taxta əşyalar məlumdur), mis əritməyi bacarmışlar, əkinçilik və maldarlıqla, ovçuluqla məşğul olmuşlar və öz dinlərini yaratmışdılar.

 

Vinç mədəniyyətinin insanları ilk olaraq mis çıxarıb əridiblər. Bu kəşf ilk metallurgiya inqilabının Yaxın Şərqdə deyil, bu ərazilərdə olduğunu göstərir.

 

Vinç mədəniyyətinə aid olan yaşayış yerlərində aparılan qazıntılar, Vinçlilərin həyat səviyyəsinin çox yüksək olduğunu göstərir. Evləri 20 ilə 80 kvadratmetr arasında, 2-5 otaqlı və divarlarda istilik izolyasiyasına malik olub, divarları isə gil və doğranmış saman qarışığı ilə suvanmışdılar. Döşəməni ilk öncə gil ilə örtərək, sonra  taxta ilə döşəyirdilər.

 

Eramızdan əvvəl 5300 ilə 4300 arasında tikilən evlərdə arxeoloqlar ocaq qalıqları tapmadılar, bu o deməkdir ki, artıq o dövrdə qapalı sobalardan istifadə olunurdu. Hər evdə bir soba tapıldı və bəzi evlərdə hər otaqda soba quraşdırılmışdır, bu da ocaqların yalnız yemək bişirmək üçün deyil, həm də istilik üçün istifadə olunduğunu göstərir.

 

Evlər bir sıra küçələr yaradaraq sıra ilə tikilmişdir və hamısı şimal-şərqdən cənub-qərbə yönəldilmişdir. Maraqlı bir həqiqət budur ki, evlər arasında yalnız 1,5 metr enində dar keçidlər var idi və evlərin yaxınlığında həyət yox idi. Bu və ya digər detallar Neolit dövründə mövcud olmuş Vinç yaşayış yerlərinin şəhər tipli olduğu versiyasını təsdiqləyir.

 

Qəsəbə sakinləri ticarətlə məşğul olurdular. Arxeoloqlar çaşqınlıq içindədirlər: Neolit dövrünün insanları sonrakı dövrlərə nisbətən necə olur ki, daha yüksək həyat səviyyəsinə sahib olublar? Bu, bütün Neolit dövründə böyük qarşıdurmaların, müharibələrin olmaması və bütün dövrün bəşər sivilizasiyası tarixində, eramızdan əvvəl 6500 - 4300 illər arasında ən uzun sülh dövrü olaraq tanınması ilə izah edilir. Təxminən 2000 ildə bir dəfə də olsun müharibə olmayıb! Bunu o dövrdəki yaşayış yerlərinin heç bir xüsusi qoruyucu istehkam olmadan açıq məkanlarda tikildiyi faktları təsdiqləyir. Həmçinin qazıntılar zamanı heç bir silah qalığı tapılmayıb.

 

Vinç mədəniyyətinə aid yaşayış yerləri Aleksandrovatsda da tapılıb və bir çox tapıntı yerli etnoqrafik muzeyin eksponatına çevrildi, lakin maliyyə çatışmazlığı və maraq doğurmaması səbəbindən xüsusi qazıntılar aparılmadı.

 

Vinç sivilizasiyası ən az tədqiq edilmiş mədəniyyət dövrüdür. Elm adamları bu mədəniyyət haqqında çox az məlumata malikdilər.

 

Qədim Roma şairi Ovidiy “Neolitik dövrü” insan nəslinin “qızıl dövrü” adlandırırdı.