Bu maraqlıdır!

Niyə bəzi insanlar solaxaydırlar?

İnsanların əksəriyyətinin sağaxay, çox az hissəsinin isə solaxay olmasının səbəbi hələ də məlum deyil. Övladları solaxay olan valideynlərin əksəriyyəti buna görə çox narahatlıq keçirir. Hətta mütəxəssislər bu vəziyyətin düzəldilməsinə heç bir ehtiyac olmadığını bildirəndə valideynlər çox təəccüblənirlər. Əgər hər hansı bir şəxs daha çox sol əlindən istifadə edirsə, buna mane olmaq lazım deyil.

 

Dünya əhalisinin yalnız 4%-i solaxaydır. Tarixən bir sıra dahilər də (Leonardo da Vinçi, Mikelancelo) solaxay olublar.

 

Ətrafdakıların sağaxay olduğu bir şəraitdə yaşamaq, əlbəttə, çətindir, çünki bütün vasitələr məhz sağ əllə istifadə etmək üçün hazırlanıb. Solaxaylar üçün xüsusi vasitələrin hazırlanmasına baxmayaraq, bu alətlər olmayanda da onlar hər işin öhdəsindən gəlməyi bacarırlar.

 

İnsanların sağaxay və solaxay olmasına dair insan bədəninin asimmetrik olduğunu bildirən nəzəriyyə mövcuddur. Bu o deməkdir ki, bədənin sağ tərəfi ilə sol tərəfi heç də eyni deyil. Belə ki, sağ və sol ayaqların, həmçinin əllərin ölçüsü, üzün sağ və sol tərəfləri bir-birindən fərqlənir. Beynin sağ və sol yarımkürələrinin funksiyaları da fərqlidir. Güman edilir ki, sol yarımkürə sağ yarımkürə üzərində müəyyən üstünlüyə malikdir. Bədənin sağ tərəfinin işi beynin sol, sol tərəfinin işi isə beynin sağ yarımkürəsinin köməyi ilə nizamlanır. Sol yarımkürə sağ yarımkürə üzərində üstünlüyə malik olduğundan əksər insanlar sağaxaydırlar. Solaxay insanlarda isə sağ yarımkürə sol yarımkürə üzərində dominantlıq etdiyindən, onlarda sol yarımkürə daha yaxşı inkişaf edir.