Şeirlər

Aləmzər Əlizadə. Bacımın kitabı

"Əlifba" kitabını

Evdə qoymuşdu bacım.

İstədim ki, götürüb

Onun dalınca qaçım.

Sonra fikirləşdim mən,

Gedib dərsə girərəm,

Dərs soruşarlar birdən,

Bəs nə cavab verərəm?...