Bu maraqlıdır!

Güzgü necə yaranıb?

Göl suyuna yaxından baxmısınız? Orada yəqin ki, göyün və ağacların, yaxud da öz əksinizi görmüsünüz. Qədim zamanlarda güzgünün üstünü yaxşı cilalanmış metaldan hazırlayırdılar. Heç kəs güzgünün yaranma tarixini deyə bilməz. Yəqin ki, onun yaranmasına səbəb qadın olub.


Güzgü əvvəlcə qədim Yunanıstanda, sonra Misirdə və Romada yaranıb. O zaman insanlar kiçik ölçüdə düzəldilmiş güzgünü ciblərində gəzdirərdilər. Uşaq ilk dəfə öz əksini görəndə necə təəccüblənərsə, onlar da güzgü təzə çıxanda elə təəccübləniblər. Hətta güzgünü ruh, ya da möcüzə hesab ediblər.


Hazırda güzgünün üstünü şüşədən, arxasını isə metaldan düzəldirlər. Güzgünü şüşədən düzəltmək isə 1300-cü ildə venesiyalıların ağlına gəlib. Bu gün də belə güzgülərdən istifadə olunur.