Bu maraqlıdır!

Şimali Sentinel adası və oranın sivilizasiyadan uzaq sakinləri

Şimali Sentinel adası -  Benqal körfəzində yerləşən Andaman adalarından biridir. Formal olaraq, sahəsi 72 km² olan ada, Cənubi Andaman inzibati rayonuna, Andaman və Nikobar adalarının Hind birliyi ərazisinə daxildir. 

Bu ada, şiddətli bir şəkildə dünya ilə əlaqəni rədd edən, müasir sivilizasiyaya yad olan son insanların-Sentinel yerlilərinin evidir.

Buna görə də, onlar haqqında məlumat çox azdır. Ehtimala görə hazırda onların sayı təxminən 50-400 nəfər arasıdır. Onların yaranma tarixi Daş dövrünə aid olduğu qəbul edilir. Sentinel yerliləri hələ də həmin dövrdə olduğu kimi eyni həyat tərzinə malikdirlər.

 

Sentinel insanları öz sivilizasiyaları xaricində olan digər insanlar ilə hər hansı bir əlaqəni rədd edirlər. Əsrlər boyu burada yaşayan insanlar, hətta atəş etməyi belə öyrənməyiblər.  Görünür ki, Hindistan hakimiyyətinin müdafiəsi altında yaşayan Sentinel yerliləri həyatlarından tamamilə razıdır və heç bir dəyişiklik ehtiyacları yoxdur.

Hind okeanında 2004-cü ildə meydana gələn sunamidən sonra Hindistan hökuməti adanın yerli sakinlərinin həyatlarının təhlükədə olmasına dair  narahatçılıq keçirmişdi. Lakin sunamidən bir neçə gün sonra, bir vertolyot adadakıların vəziyyətini yoxlamaq üçün ora uçuş edir. Lakin bunun əvəzində üç nəfərin vertolyotu qorxutmaq üçün yay atdıqlarını müşahidə edirlər.

Bu adanın və onu yaşayan insanların şəkillərini tapmaq çətindir, çünki bu adaya səfər edənlərin əksəriyyəti geri qayıtmır. Buna görə də, ada və yerli sakinlərinin şəkilləri ancaq uzaq məsafədən çəkilmişdi. Bu insanlar başlarının üzərində uçan təyyarələrə və uzaqda görünən gəmiləri təhlükə bilib hücum edirlər, yay və daş atırlar.

2006-cı ildə burada yollarını azmış iki balıqçı acınacaqlı şəkildə öldürülüb. Sahil mühafizəsi vertolyotu balıqçıların cəsədini almağa cəhd etdikləri zaman isə adadakılar çox aqressiv davranıblar, hətta təyyarənin yerə enməsi belə mümkün olmayıb.

Əslində, Hindistan hökuməti, ora Sentinel olmayanların gediş-gəlişini qadağan edib. Son zamanlar Andaman və Nikobar adalarının yerli hökuməti Sentinelilərin həyatlarına və onların yaşayış yerlərinə müdaxilə edilməməsi haqda qərar qəbul edib.