Bu maraqlıdır!

Dünyaya iki fərqli gözlə baxmaq – Heteroxromiya nədir

İnsanlarda müxtəlif göz rəngləri var və onların əksəriyyətində hər iki göz eyni rəngdədir. 


Amma bəzi insanlarda bir gözün rəngi digərindən fərqlənir. Buna elmdə heteroxromiya deyilir. Heteroxromiya "fərqli (hetero) rənglər (-kromiya) deməkdir. Adətən bu ifadə bir insanın müxtəlif rəngli gözləri olan vəziyyəti təsvir etmək üçün istifadə olunur – məsələn, gözlərdən biri mavi və digəri yaşıl.  


Heteroxromiya adətən yaxşıdır. Başqa sözlə, əslində göz xəstəliyi deyil və görməyə təsir göstərmir. Buna yalnız insanlarda deyil, heyvanlarda - it və pişiklərdə də  rast gəlmək mümkündür. Əsasən Sibir xaskisi, Avstraliya və Şotland çoban itlərində, türk vanı, türk angoru, yapon bobteyli, sfinks pişiklərində bu xüsusiyyətlər var.


Heteroxromiyanın 3 növü mövcuddur.
1. Tam heteroxromiya. Bir gözün qişası digər gözün qişasından tamamilə fərqli bir rəngdədir.


2. Qismən heteroxromiya (və ya sektoral heteroxromiya). Bu, bir gözün qişasının yalnız bir hissəsi gözün qişasının qalan hissəsindən fərqli bir rəngə sahibdir. Qismən heteroxromiya bir gözdə və ya hər iki gözdə baş verə bilər. 


3. Mərkəzi heteroxromiya. Bu növdə göz bəbəyinin (göz almacığının) çevrəsində (qişanın qalan hissəsi ilə müqayisədə) fərqli bir rəng vardır.


Heteroxromiya halları görməyə mənfi təsir etməsə də belə fərqli rəngli gözlərə sahib olanlara hər ehtimala qarşı göz həkimi ilə məsləhətləşmək və müayinədən keçmək tövsiyə olunur.