Bu maraqlıdır!

Kazimir Maleviç “Qara kvadrat”

Rəssamlığın çoxəsrlik tarixi bizim yaddaşımızda çoxlu dahi adlar saxlamışdır. Hər adın arxasında məşhur bir şəkil durur-Rafaelin “Sikstin madonnası”, Leonardo Da Vinçinin “Cakonda”, Pablo Pikassonun “Qernika”.


Elə şəkillər var ki, öz yaradıcısından da məşhurdur. Bunlardan biri Kazimir Maleviçin “Qara kvadrat” rəsm əsəridir. Bu şəkil manifest XX-ci əsrə yönəliş idi. 


1915-ci ildə “0,10” adlı sərgidə kətan üzərində çəkilmiş qara kvadratın şəkli peyda olundu. 


“Qara Kvadrat” onun əsərlərinin arasında əsas və ən sadə əsəri olaraq digər işlərdən daha da ucada asılmaqla artıq xüsusilə vurğulanmışdır. Maleviç kətan üzərində çəkdiyi bu rəsmi divarın bir küncündən, düz tavana bitişdirilmiş şəkildə asmışdır ki, bu yer də Rusiya Pravoslav evlərində adətən Xristiyan ikonaları üçün nəzərdə tutulurdu. Maleviç üçünsə “Qara Kvadrat” ənənəvi ikonaları əvəz edəcək müasir bir ikona idi. “Modernizm”, rəssam deyirdi, “çətinliklə demək olar ki, antik üçlüyə (Ata, Oğul və Müqəddəs Ruh) bağlana bilərdi, çünki bu günkü həyat kvadratdır.” Dördkünc Fiqur Maleviçin özünün Qara Kvadrata verdiyi ad idi.

 

Maleviç deyirdi: “İncəsənətin əsası rəng və fakturadır, bu əsas süjet ilə bağlanılır. Rəssamlar əgər dəqiq rəssam olmaq istəyirlərsə, süjet və əşyaları atmalıdırlar.” 

 


O, öz nəzəriyyəsini belə adlandırdı-supermatizm (fransızca “əla” deməkdir). Supermatizm XX-ci əsrin incəsənətində yeni axındır. Supermatistlərin yaradıcılığı rəngli həndəsi fiqur və iri həcmli formalardan ibarətdir. Matiss illüziyalı rəssamlığı, perspektivin düzəlişini, aləmin həndəsi imitasiyasını rəng və xəttlə əvəz etdi. Kubistlər əşyanı detallara böldülər. Kubik şəkilə baxanda, siz eyni vaxtda əşyanın müxtəlif tərəflərini görürsünüz, o sizin qarşınızda müstəvi şəklində açılmışdır. Rəssam öz şəkil aləminə 4-cü ölçünü daxil etdi - vaxt. Tamaşaçı sanki şəklin ətrafında dövr edir.


İşıq, xətt və müstəvi. İndi bir məntiqi addım atmaq lazım idi-bu komponentləri birləşdirmək. “Qara kvadrat” alındı-rəng, xətt, müstəvi.


Rəsmin kətanı kvadratdır, hərçənd kvadratın içində çəkilmiş qara dördkünc – kvadrat ölçüsündən bir az kənara çıxır. Bunun kontur xətləri və qara səthi də həmçinin fərqləndirici işarələr göstərir. Maleviç rəssamlıq ənənəsini rədd etmirdi; öz əsəri də bu ənənənin davamçısı hesab olunurdu. Kimsə rəssamlıq texnikasına riayət edərək fırçanı dolğun hərəkətlərlə kətan üzərinə çəkməklə sözsüz ki, nə isə yarada bilər, amma aydındır ki, qara rəng kətanın səthinə bu əsərdə göründüyü kimi bütövlüklə özünü ifadə verəcək dərəcədə heç cür bərabər paylana bilməzdi. Maleviç boyanı üst-üstə bir neçə lay çəkib və boya çəkilmiş səthin müxtəlif yerlərində çoxlu sayda çatlar əmələ gəlib ki, bu da öz növbəsində əsərin təsviri xüsusiyyətini daha da möhkəmləndirir. O, sonralar bu işin digər növlərini müxtəlif formatlarda çəkib, amma onların səthləri “Qara Kvadrat”ın səthindən daha da mükəmməl qaldığından həmin əsərlər nisbətən az təsviri xüsusiyyət bağışlayırdılar.


Abstrakt rəssamlığın epoxası belə başlanıldı. Kazemir Severyinoviç Maleviç onun əsasını qoyan rəssam hesab olundu.


Əsər hal-hazırda Moskvada, Tretyakov Dövlət Qalereyasında saxlanılır.