Mehmandarov Səməd bəy
Səməd bəy Sadıqbəy oğlu Mehmandarov (1857-1931) hərbi xadim, artilleriya generalı, Azərbaycanın ilk hərbi naziri olub.
1872-ci ildə çar ordusunda xidmət edib, Peterburqda artilleriya məktəbini bitirib. 1904-1905-ci illərdə Rusiya-Yaponiya müharibəsində 7-ci Sibir artilleriyasında diviziya komandiri, Port-Arturun müdafiəsində Şərq cəbhəsinin rəisi olub, göstərdiyi igidliklərə görə ona general-mayor rütbəsi verilib və qızıl qılıncla mükafatlandırılıb. Birinci dünya müharibəsi (1914-1918) ərəfəsində 21-ci piyada diviziyasının komandiri olub, 2-ci Qafqaz ordusuna korpus komandiri təyin edilib. 1918-ci ildə şərqdə ilk dəfə müstəqillik əldə etmiş Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri seçilib və 1920-ci ilin aprelinə qədər bu vəzifədə çalışıb. Sonra sovet ordusunda xidmətinə davam edib. 1924-1927-ci illərdə Azərbaycan Komandirlər Məktəbində və Zaqafqaziya hərbi hazırlıq məktəbində dərs deyib. 1928-ci ildə ordudan tərxis olunub. S.Mehmandarovun Azərbaycanda hərbi kadrların hazırlanmasında böyük və əvəzedilməz xidmətləri olub.
16.04.2018