Abbas Səhhət. “İt və kölgəsi”
Bir it ağzında bir sümüklə səhər.
Su kənarından eyləyirdi güzər.
Suda öz kölgəsin görüb o zaman,
Sandı bir özgə itdir ol heyvan.
Sümüyü atdı tez o bir yanə,
Suya vurdu özün hərisanə,
O iti ta ki, qorxuya salsın,
Bəlkə ağzındakı əti alsın.
Tapmadı bir şey, oldu çox qəmgin,
Həm itirdi nahaq yerə xörəyin.
Kölgəyə uyma, hirsü qəflətdən-
Ta əlin çıxmasın həqiqətdən.
14.12.2018